İsrail Dəməşqə hava zərbələri endirib

Çərşənbə axşamı 20 Dekabr 2022 - 12:49
https://az.iswnews.com/?p=16687

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İsrail qırıcıları Dəməşq ətrafında yerləşən hədəflərə birneçə raket zərbəsi endirib.

Suriya hərbi mənbəsinin məlumatına görə, bu gün çərşənbə axşamı yerli vaxtla saat 00:30-da İsrail, Dəməşq ətrafındakı hədəflərə Təbəriyyə gölünün şimalından hava zərbələri endirib.

Raketlərin qarşısını almaq üçün müdafiə sistemləri işə salınıb və onların bir çoxunu ələ keçirib. Bu hücum iki suriyalı əsgərin yaralanması və maddi ziyana səbəb olub.

Qeyd etmək lazımdır ki, ki, bu il noyabrın 19-da sionist rejim qırıcıları Suriyanın mərkəzi və sahilyanı rayonlarına doğru bir sıra raketlər atmış və bu hücumlar zamanı Suriya ordusunun dörd üzvü şəhid olmuşdur.

Daha çox oxuyun: İsrailin Suriyaya hava hücumu

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir