Ukrayna hərbi heyəti Tel-Əvivə gizli səfər edib !

Çərşənbə 30 Noyabr 2022 - 19:33
https://az.iswnews.com/?p=16054

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İsrail mediası yüksək rütbəli Ukrayna hərbi heyətinin işğal olunmuş Fələstinə səfəri və İsrail rəsmiləri ilə görüşü barədə məlumat yayıb.

İsrail rejimi televiziyasının 13-cü kanalı xəbər yayıb ki, ötən həftə yüksək rütbəli Ukrayna hərbi heyəti İsrail komandirləri və yüksək səviyyəli rəsmiləri ilə görüşmək və söhbət etmək üçün bir neçə günlük Təl-Əvivə səfər ediblər.

Bu nümayəndə heyətinin üzvləri sionist rejimin ordu və təhlükəsizlik aparatının yüksək vəzifəli şəxsləri ilə bir neçə görüş keçiriblər. Bu görüşlərdə Ukrayna nümayəndə heyəti Kiyevin Tel-Əvivdən silah yardımı göstərilməsi xahişini bir daha bəyan.

Hələlik bu görüşlərin nəticələri ilə bağlı təfərrüatlar dərc edilməyib. İsrailin Rusiya-Ukrayna müharibəsi ilə bağlı son siyasi mövqelərini nəzərə alsaq, bu görüş və onun nəticələri Tel-Əviv-Moskva münasibətlərində mühüm rol oynaya bilər və bu səbəbdən sionist rejimi Ukrayna nümayəndə heyətinin işğal olunmuş Fələstinə səfərini Rusiya ilə gərginliyi azaltmaq üçün əhəmiyyətsiz göstərməyə çalışır.

Bir müddət əvvəl Ukraynanın işğal olunmuş Fələstindəki səfiri Yevgeni Korniçuk mətbuat konfransında sionist rəsmilərindən Rusiya ordusunun hücumlarına qarşı çıxmaq üçün Kiyevi “Dəmir Qübbə” müdafiə sistemi ilə təchiz etməyə razılıq vermələrini istəmişdir. O, daha sonra qeyd etmişdir ki, biz Tel-Əvivin Almaniyadan Ukraynaya İsrail istehsalı olan “Spike SR” zirehli raketlərini ötürmək üçün lisenziya verməsini gözləyirik.

Daha ətraflı: Ukrayna İsraildən Dəmir Qübbə müdafiə sistemi almaq niyyətindədir!

Ukrayna rəsmilərinin dəfələrlə tələb etmələrinə baxmayaraq, İsrail rejimi rəsmiləri Rusiya ilə münasibətləri qorumaq və Moskva ilə hər hansı gərginlikdən qaçmaq üçün Kiyevə silah göndərməkdən imtina ediblər. Sionist rejim rəsmilərinin Ukraynaya hərbi silah göndərməyəcəkləri barədə açıqlamalarının əksinə olaraq, bir müddət əvvəl Ukrayna mediası Xerson cəbhəsində sionist rejim istehsalı olan “Gaia Amir” MRAP tipli hərbi maşını yerləşdirilməsinin şəkillərini yayımlamışdır. Qeyd edək ki, indiyə qədər İsrail rəsmiləri bu mövzuya heç bir reaksiya verməyib.

Daha çox oxuyun: İsrail MRAP-ları Ukraynada! + FOTO

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir