Türkiyənin Suriyanın Qamışlı şəhərinə dron hücumu nəticəsində SDQ-nin cəbhə komandiri ölüb + FOTO

Cümə 25 Noyabr 2022 - 23:42
https://az.iswnews.com/?p=15877

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Suriya Demokratik Qüvvələrinin (SDQ) üç üzvü, o cümlədən bir cəbhə komandiri Türkiyənin Qamışlı şəhərinə dron hücumu nəticəsində həlak olub.

Noyabrın 23-də axşam saatlarında Türkiyənin dronları Həsəkə vilayətinin Qamışlı şəhərinin qərbindəki Qarmuti meydanı yaxınlığında Suriya Demokratik Qüvvələrinə (SDQ) məxsus avtomobili hədəfə alıb və nəticədə 3 nəfər, o cümlədən Suriya Demokratik Qüvvələrinin (SDQ) baş komandanı Məzlum Əbdinin baş müşaviri və Müdafiə Şurasının keçmiş rəsmisi Rizan Qulu öldürülüb.

Digər tərəfdən, bəzi yerli mənbələr Rizan Qulunun öldürüldüyü xəbərini təkzib edərək, onun bu hücum nəticəsində ağır yaralandığını və tibb mərkəzinə aparıldığını iddia edib. Hələlik bu hadisə ilə bağlı daha ətraflı məlumat dərc olunmayıb və SDQ komandirləri bununla bağlı açıqlama verməyiblər.

Qeyd edək ki, İstanbulun mərkəzindəki İstiqlal prospektində baş verən partlayışdan və Türkiyə hakimiyyətinin bu hadisənin səbəbkarı kimi kürd silahlılarını ittiham etməsindən sonra Türkiyə silahlı qüvvələrinin artilleriya və dron hücumları Suriyanın şimal bölgələrində artıb. Çox güman ki, Türkiyə hərbi-təhlükəsizlik aparatları tərəfindən Suriyanın şimalındakı kürd silahlı birləşmələrinin rəsmilərinə və cəbhə komandirlərinə qarşı yeni hədəfli sui-qəsdlər baş tutacaq.

Daha çox oxuyun:
Qılınc Pəncəsi Əməliyyatı; Türkiyənin İraq və Suriyanın şimalına hava zərbələri + VİDEO və FOTO
İstanbulda partlayış baş verib + VİDEO

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir