İstanbulda partlayış baş verib + VİDEO

Bazar 13 Noyabr 2022 - 20:26
https://az.iswnews.com/?p=15349

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İstanbulun mərkəzindəki İstiqlal prospektində baş vermiş partlayış nəticəsində azı 11 nəfər xəsarət alıb.

Yerli vaxtla saat 16:20-də İstanbulun İstiqlal meydanına baxan İstiqlal prospektində partlayış baş verib, partlayış nəticəsində azı 11 nəfər xəsarət alıb. Bu hadisədən sonra hadisə yerinə Fövqəladə Hallar Nazirliyi qüvvələri və polis göndərilib və ikinci partlayış ehtimalı səbəbindən təhlükəsizlik qüvvələri hadisə yerini tez bir zamanda təxliyyə ediblər.

Bildirilir ki, bu hadisədə yaralanan və ya həlak olanların bəziləri israillilərdir ki, bu, sionist hakimiyyət və media tərəfindən təsdiq və ya təkzib edilməyib və İsrail rejiminin Xarici İşlər Nazirliyi bu ehtimalı araşdırır.

İstanbul icra hakimi İstanbuldakı partlayış zamanı 4 nəfərin öldüyünü və 38 nəfərin yaralandığını bildirib. Hələlik heç bir şəxs və ya qrup bu hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Partlayış anının videosu (1)
Partlayış anının videosu (2)
Hadisə yerindən video (1)
Hadisə yerindən video (2)
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir