Əfqanıstan barədə dördüncü Moskva toplantısı Talibanın iştirakı olmadan keçirildi!

Cümə 18 Noyabr 2022 - 08:30
https://az.iswnews.com/?p=15584

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Əfqanıstan barədə “Moskva Formatı” məsləhət toplantısı Rusiyanın paytaxtında 14 Asiya ölkəsinin xüsusi nümayəndələrinin iştirakı ilə və Talibanın iştirakı olmadan keçirilib.

Bu il noyabrın 16-da Rusiya, Çin, İran, Hindistan, Pakistan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Özbəkistan və Türkmənistan daxil olmaqla 10 Asiya ölkəsinin xüsusi nümayəndələrinin iştirakı ilə Əfqanıstan barədə “Moskva Formatı” məsləhət toplantısı keçirilib. Bu görüşdə Qətər, Səudiyyə Ərəbistanı, BƏƏ və Türkiyə nümayəndələri də qonaq qismində iştirak ediblər və əvvəlki görüşdən fərqli olaraq Taliban nümayəndələri dəvət edilməyib.

İran prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Həsən Kazemi Qomi bu görüşdə çıxışı zamanı İranın ixrac və əfqan xalqının dolanışıq problemlərinin yaxşılaşdırılmasına kömək etmək üçün xüsusi səylərinə toxunaraq deyib: “Ümumi hökumət Əfqanıstanın beynəlxalq aləmdə siyasi mövqeyini bərpa edəcək. Zamanın sürətlə keçməsi və Əfqanıstandakı vəziyyətin düzgün idarə olunmaması bu ölkədəki vəziyyəti daha da pisləşdirəcək və biz bununla bağlı xəbərdarlıq edirik. Amerikanın Əfqanıstandakı düşmənçilik siyasəti “terror və terrorizmdir”. Bu vəziyyəti nəzərdən keçirmək və yaxşılaşdırmaq üçün İran yaxın vaxtlarda xarici işlər nazirləri səviyyəsində geniş toplantı keçirəcək”.

Digər tərəfdən, Rusiyanın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov İŞİD-in Əfqanıstanın şimal bölgələrində nüfuzunun artmasından narahatlığını ifadə edərək, ABŞ və digər qərb ölkələrindən Əfqanıstanın aktivlərinin azad edilməsini tələb edib. Çünki bu, Əfqanıstanda ərzaq və zəruri malların qıtlığına səbəb olub.

“Moskva Formatı” məsləhət toplantısı Əfqanıstanla bağlı Moskva toplantıları silsiləsində dördüncü və Taliban nümayəndələrinin dəvət olunmadığı ilk toplantıdır. Bu məsələ Talibanın xarici işlər nazirliyinin etirazına səbəb olub və onu düzgün olmayan adlandırıb. 2021-ci ildə Moskvada keçirilən əvvəlki görüşdə Əfqanıstanda ümumi hökumətin formalaşdırılması mövzusu ən vacib müzakirə olunan məsələlərdən biri idi və Talibanın bunu icra etməməkdə israrlı olması onların dördüncü iclasa dəvət edilməməsinin əsas səbəbidir.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir