Suriyada baş verən son hadisələr, 15 Noyabr 2022

Çərşənbə axşamı 15 Noyabr 2022 - 20:08
https://az.iswnews.com/?p=15513

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İŞİD terror qruplaşmasının Deyr əz-Zor vilayətində yerləşən Bəsirə şəhərində Suriya Demokratik Qüvvələrinə (SDQ) məxsus avtomobili hədəfə alması nəticəsində üç SDQ üzvü ölüb.

1- Hələb:
– Noyabrın 14-də Eyn Əl-Ərəb şəhərinin ətrafında Rusiya və Türkiyənin 119-cu birgə hərbi patrulu həyata keçirilib.
– Noyabrın 13-də Təll-Rəəfət şəhərinin ətrafında kürd silahlı birləşmələrinin mövqeləri Türkiyənin dəstəklədiyi terrorçuların artilleriya hücumuna məruz qalıb.

2- İdlib:
– Noyabrın 13-də İdlibin cənubunda yerləşən Əl-Barə, Marablit və Bənin bölgələrindəki terrorçuların mövqeləri Suriya ordusunun artilleriya hücumu ilə hədəfə alınıb.
– Noyabrın 14-də İdlibin şərq cəbhələrində terrorçulara məxsus dron Suriya ordusu tərəfindən vurulub.
– Noyabrın 15-də İdlibin cənubunda yerləşən Kansafra bölgəsində terrorçuların mövqeləri Suriya ordusunun artilleriya hücumları ilə hədəfə alınıb.

3- Dəraa:
– Noyabrın 14-də Dəraa şəhərinin Əs-Səd məhəlləsində yerli silahlı qruplarla İŞİD ünsürləri arasında toqquşma zamanı İŞİD terrorçularına məxsus avtomobil partladılıb. Hələlik bu münaqişədə tələfat və dağıntıların dəqiq miqdarı barədə məlumat dərc olunmayıb.
– Noyabrın 13-də Casim şəhərində keçmiş terror birləşmələrdən biri naməlum silahlı şəxslər tərəfindən qətlə yetirilib.
– Noyabrın 12-də Suriya ordusunun qüvvələrindən biri Əl-Məsirafa şəhərində naməlum silahlı şəxslər tərəfindən şəhid edilib.

4- Deyr əz-Zor:
Noyabrın 14-də İŞİD terror qruplaşması bəyanat yayaraq Bəsirə şəhərində Suriya Demokratik Qüvvələrinə (SDQ) məxsus avtomobili hədəfə aldığını açıqlayıb. İŞİD-in məlumatına görə, bu hücum nəticəsində bir cəbhə komandiri də daxil olmaqla 3 SDQ qüvvəsi öldürülüb.

5- Raqqa:
Noyabrın 13-də Raqqanın şərqində yerləşən Əl-Kəramə bölgəsində partlayıcı qurğunun partlaması nəticəsində iki kürd silahlısı həlak olub.

6- Həsəkə:
– Noyabrın 15-də Türkiyənin dəstəklədiyi terrorçular Həsəkənin şimalındakı Aburasin şəhəri ətrafındakı əraziləri artilleriya hücumları ilə hədəfə alıblar.
– Noyabrın 12-də Ceyş Əl-Vətani (Türkiyənin dəstəklədiyi terror qruplaşmalardan biri) terrorçuları “Bab Əl-Xeyr” kəndində kürd silahlılarına məxsus dronu vurub.

7- Homs:
Noyabrın 13-də sionist rejim qırıcıları Suriyanın Homs əyalətində yerləşən Şayrat Hərbi Hava Bazasına doğru bir neçə raketlə zərbələr endirib, bundan sonra müdafiə sistemləri raketlərin qarşısını almaq üçün işə salınıb və onların bir qisminin qarşısını alıblar. Bu hücum Suriya ordusunun iki hərbçisinin şəhid olmasına, üç nəfərin yaralanmasına və maddi ziyana səbəb olub.

Daha çox oxuyun: Sionist rejimi Suriyanın Homs vilayətinə hava zərbələri endirib + VİDEO

8- Noyabrın 14-də Suriyadakı Rusiya Barışıq Mərkəzi elan etdi: Terrorçular İdlib bölgəsində atəşkəs rejimini 4 dəfə pozub, onlardan 1 hadisə İdlib əyaləti, 1 hadisə Hələb əyaləti və 2 hadisə Latakiya vilayəti ilə bağlı olub.

9- Noyabrın 14-də Türkiyənin Müdafiə Nazirliyi Sülh Çeşməsi əməliyyatı bölgələrində 4 kürd silahlısının öldürüldüyünü açıqladı.

10- Noyabrın 14-də Suriya Demokratik Qüvvələri (SDQ) Türkiyənin İstanbul şəhərində törədilən partlayışda əli olduğunu təkzib edib.

Daha çox oxuyun: İstanbulda partlayış baş verib + VİDEO

Yüksək keyfiyyətli xəritə

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir