İraqda baş verən son hadisələr, 14 Noyabr 2022
![](https://az.iswnews.com/wp-content/uploads/2022/11/Masrour-barzani.jpg)
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İraq Kürdüstanının baş naziri Məsrur Barizani İran silahlı qüvvələrinin İraq Kürdüstanında terrorçu qrupların mövqelərinə hücumunu bölgənin suverenliyinə təcavüz kimi qiymətləndirərək qınayıb.
1- Bağdad:
– Noyabrın 7-da naməlum silahlı şəxslər Bağdadın mərkəzindəki Əl-Kərrade ərazisində avtomobilə atəş açıb, nəticədə Amerika vətəndaşı həlak olub. Həmin şəxsin ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) üzvü olduğu bildirilir.
Daha çox oxuyun: Bağdadda Amerika vətəndaşının qətli və kanadalı əsgərin şübhəli ölümü + FOTO
– Noyabrın 8-də İraqın Baş naziri və Silahlı Qüvvələrinin Ali Baş Komandanı Məhəmməd Şəyya Əl-Sudani Bağdadda Amerika vətəndaşının qətlinin araşdırılması üçün istintaq komitəsinin yaradılması barədə göstəriş verib.
– Noyabrın 9-da ABŞ-ın İraqdakı səfiri Alina Romanovski bu ölkə vətəndaşının Bağdadda öldürülməsinə münasibət bildirərək bu şəxsin vəhşicəsinə öldürüldüyünü iddia etdi.
– Noyabrın 12-də İraq təhlükəsizlik qüvvələri Bağdadın şimalında yerləşən Tarimiyyə bölgəsində bir neçə İŞİD terrorçusunu həbs edib.
2- Səlahəddin:
Noyabrın 11-də Həşd-Şəbi Təşkilatının 31-ci briqadasının döyüşçüləri polis və İraq ordusunun müşayiəti ilə İŞİD ünsürlərini təqib etmək və həbs etmək üçün Bici şəhərinin ətrafında yerləşən “Əs-Siniyyə” bölgəsində təhlükəsizlik əməliyyatına başlayıb.
3- Kərkük:
Noyabrın 12-də İraq ordusu qırıcılarının Kərkükün cənubunda İŞİD-in sığınacaqlarına hücumları nəticəsində bu terror qruplaşmasının 5 üzvü öldürülüb.
4- Əl-Ənbar:
Noyabrın 13-də Həşd-Şəbi Təşkilatının 45-ci briqadasının 3 döyüşçüsü Əl-Ənbar vilayətində tapşırılan missiyanı yerinə yetirərkən şəhid olub.
5- Noyabrın 13-də İraq məhkəməsi Əfqanıstan vətəndaşını İŞİD terror qruplaşmasının üzvü olmaq və İraq sabitliyi naminə təhdid ola bilməsi üçün edam cəzasına məhkum edib.
6- Noyabrın 14-də İran silahlı qüvvələri İraqın Süleymaniyyə şəhərinin cənubunda, Köysancaq qəsəbəsinin ətrafında və Sidkan yüksəkliklərində terrorçu qrupların mövqelərini raket və dronlarla hədəfə alıb.
Daha çox oxuyun: SEPAH İraqın Kürdüstan bölgəsindəki terror qruplaşmalarına raket və dron hücumu edib + VİDEO və FOTO
7- Noyabrın 14-də İraq Kürdüstanının Baş naziri Məsrur Barizani İran silahlı qüvvələrinin İraq Kürdüstanında terrorçu qrupların mövqelərinə hücumunu bölgənin suverenliyinə təcavüz kimi qiymətləndirib və qınayıb.
8- Noyabrın 14-də İraqın İstanbuldakı konsulluğu ötən gün bu şəhərdə baş verən partlayış nəticəsində 4 İraq vətəndaşının yaralandığını açıqlayıb.
Daha çox oxuyun: İstanbulda partlayış baş verib + VİDEO
9- Noyabrın 14-də ABŞ-ın İraqdakı səfiri Alina Romanovski, “İranın İraq Kürdüstanına hücumunu qınayırıq və İrandan İraqın suverenliyini pozan hücumlarını dayandırmasını tələb edirik” dedi.
Rəy