Sionist rejimi Suriyanın Homs vilayətinə hava zərbələri endirib + VİDEO

Bazar ertəsi 14 Noyabr 2022 - 00:32
https://az.iswnews.com/?p=15373

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, sionist rejim qırıcıları Suriyanın Homs vilayətində yerləşən Şayrat aviabazasına doğru bir neçə raket zərbəsi endirib və nəticədə Suriya ordusunun iki üzvü şəhid olub.

Suriya hərbi mənbəsinin məlumatına görə, bazar günü yerli vaxtla saat 18:23 radələrində düşmən olan İsrail Livanın şimalında yerləşən Tripoli-Əl-Hərməl məntəqəsi səmasından bir neçə raket ataraq Homs vilayətindəki Şayrat aviabazasını hədəfə alıb. Raketlərlə mübarizə aparmaq üçün müdafiə sistemləri işə salınıb və onların bir çoxunu vura bilib. Bu hücum Suriya ordusunun iki hərbçisinin şəhid olmasına, üç nəfərin yaralanmasına və maddi ziyana səbəb olub.

Xatırladaq ki, bu il oktyabrın 27-də İsrail qırıcıları Dəməşq ətrafında yerləşən hədəflərə bir neçə raket zərbələri endirmişdir. Bu hücumda itki olmamışdır.

Daha çox oxuyun: İsrail aviasiyası Suriya ordusunun Dəməşqdəki mövqelərinə hücum edib

Onlayn xəritədə Şayrat aviabazasının yerinə baxın

Suriya ordusunun hava hücumundan müdafiəsi tərəfindən İsrail raketinin vurulması
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir