Samirə xanımın harayına səs ver + FOTO

Cümə 4 Noyabr 2022 - 15:27
https://az.iswnews.com/?p=15007

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, apellyasiya məhkəməsi vətəndaş Samirə Cəfərovanın şikayətini təmin etmədiyinə görə yardım aksiyasına start verdik.

Müqavimətçi xanım Samirə Cəfərova uşaqlara mərsiyə oxudub, sosial şəbəkələrdə paylaşdığına görə, Azərbaycanın sionist hakimiyyəti tərəfindən təqiblərə məruz qalıb. Özü və ailəsi dəfələrlə polis şöbəsinə aparıldıqdan sonra, nəhayət, məhkəmənin qərarı ilə, Samirə xanım İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi ilə təqsirli bilinərək, 1500 manat məbləğində cərimə edilib.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi olaraq, bu məsələni ictimailəşdirməyi özümüzə borc bildik. Müqavimətçi qardaşlardan və qeyrətli xalqımızdan xahiş edirik ki, belə çətin günlərdə bacımızı tək qoymayaq. Hər kəs cəmi bir manat göndərərsə, müqavimətçi Samirə xanımın cəriməsini ödəyə bilərik.

Qeyd edək ki, Samirə xanım bundan əvvəl şəhid məzarı üstündə İsraili sərt tənqid etdiyinə görə, hakimiyyət tərəfindən təqiblərə məruz qalmışdı.

Bu gün bizə Samirə xanımı müdafiə etmək vacibdir. Böyük təəssüf hissi ilə qeyd edirik ki, digər vaxtlarda müqavimət cəbhəsini qınayan şəxslər, Samirə xanımın səsinə səs vermirlər. İmam Hüseyn yolunda bir manatından keçməyən şəxslər qiyamət günü Allahın hüzürunda necə cavab verəcəklərini düşünsələr, yaxşı olar.

Samirə xanımın həyat yoldaşı Rəşad Cəfərovun adına olan kart şəklini aşağıda göstərmişik.

Yalnız ölkədaxili pul köçürmələri mümkündür.

Hər birimiz bir manatımızdan keçərək, bu aksiyaya qoşulaq. Qoy sionist hakimiyyət görsün ki, müqavimətçilər son ana qədər birlikdə mübarizə aparacaq və bu zalım rejimin zülmünə baş əyməyəcəklər.

Daha çox oxuyun: Göyçayda baş vermiş məlum hadisə ilə bağlı yeni xəbər var + FOTO və VİDEO

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ISWnews-də Reklam