Göyçayda baş vermiş məlum hadisə ilə bağlı yeni xəbər var + FOTO və VİDEO

Cümə 9 Sentyabr 2022 - 23:36
https://az.iswnews.com/?p=12636

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Samirə Xanım Cəfərova 28 avqust tarixində Göyçay rayonu Aşağı Qaraməryəm kəndində çəkdiyi video hakimiyyət tərəfindən birmənalı qəbul edilib və onu 1500 AZN cərimələyərək həbslə təhdid ediblər.

Samirə Xanım Cəfərova 28 avqust bir qrup dindar ailələrindən olan azyaşlılarla açıq sahədə İmam Hüseynə (ə) aid mərsiyə ilə video çəkib və sosial şəbəkədə yayımlayıb. Bu video sosial şəbəkələrdə çox sayda yayımlanıb. Həmin videonu sizə təqdim edirik:

Göyçay rayonunda yerləşən Aşağı Qaraməryəm kəndində çəkilən video

31 avqust tarixində polislər kəndə basqın edib və Samirə xanımın həyat yoldaşı (44 günlük Qarabağ müharibəsi qazisi) və yeniyetmə oğlu Mehdini və bir neçə valideyni (həmin videodakı azyaşlıların) polis idarəsinə aparıblar.

Polisin basqınından
Polislərin məsələ ilə bağlı məntəqəyə basqın etmələri

Onları bölməyə apardıqdan sonra polis işçiləri onlara təhqiramiz sözlər deyib. Hətta fiziki qarşıdurma anlarına yaxın bir vəziyyət də yaranıb. Polislər videonun Youtube-dən silinməsini tələb ediblər. Samirə xanımın yoldaşı və öğlu vasitəsi ilə şöbədən dəfələrlə ona zəng vurdururlar və tələblərini ona çatdırırlar. O isə videonu silməyəcəyini açıqlayır və öz səsi ilə sosial şəbəkələrdə iki dəfə müraciət edir.

Samirə Cəfərovanın 31 avqust tarixindəki ilk müraciəti
Samirə Cəfərovanın 31 avqust tarixindəki ikinci müraciəti

Qeyd edək ki, həmçinin Samirə xanımın evinin divarına Şəhidlər və ərəbcə Ya Hüseyn (ə) sözü də yazılıb.

Polislər israrı görüb cərimə ilə hədələyirlər və valideynlərdən izahat alaraq onları şöbədən buraxırlar və rəis özü samirə xanımın yoldaşı ilə Samirə xanımın evinə gəlir. Samirə xanım onlarla şöbəyə gedir. Orada ondan izahat aldıqdan sonra ailəsi ilə birgə evə buraxıblar.

1 sentyabr tarixində yenə polislər Samirə xanımı şöbəyə aparıb ötən gün alınan izahatı dəyişib uzun bir izahat yazıblar. Sonra Samirə xanımı məhkəməyə aparıblar. Orada hakim onu 1500 AZN pulla cərimələyib və onu fəaliyyətlərinin davam edəcəyi təqdirdə həbslə hədələyiblər.

Qeyd edək ki, Samirə xanım Cəfərova neçə ay öncə hakimiyyətə etiraz edib videosunun sosial şəbəkələrdə yayımlanması ilə əlaqədar Dövlət Təhlükəsizlik Xidməti tərəfindən təhdidə məruz qalmışdır.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir