Ayətullah Rəisi: “Ermənistanın Baş nazirinin səfəri iki ölkə arasında münasibətlərin inkişafı üçün dönüş nöqtəsi olacaq” + VİDEO

Çərşənbə 2 Noyabr 2022 - 00:09
https://az.iswnews.com/?p=14868

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi Meydan.tv-ə istinadən xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Soçiyə səfərindən bir gün sonra, İran Prezidenti Ayətullah İbrahim Rəisinin dəvəti ilə noyabrın 1-də Tehrana səfər edib.

“Ermənistanın Baş naziri Nikol Paşinyanın İrana səfəri, şübhəsiz ki, iki ölkə arasında münasibətlərin inkişafı üçün dönüş nöqtəsi olacaq”.

Bunu Ayətullah İbrahim Rəisi Paşinyanla danışıqlardan sonra keçirilən birgə mətbuat konfransında deyib.

“Biz İranın tarixi və sivilizasiyasının bir hissəsi olan Qafqaz regionuna xüsusi diqqət yetiririk. Regional məsələlərin həlli bu regionun hakimiyyətlərinin əlində olmalıdır. Şübhə etmirəm ki, Ermənistanın Baş nazirinin səfəri İranla iki ölkə arasında münasibətlərin inkişafı üçün dönüş nöqtəsi olacaq”, – IRNA agentliyi İran prezidentindən sitat gətirir.

 “Mən cənab Rəisiyə Soçidə dünənki üçtərəfli görüşlə bağlı məlumat verdim və İran prezidentinin regionda davamlı sülh və təhlükəsizliyin bərqərar olması ilə bağlı fikri ilə razıyam”, – Paşinyan bildirib.

Ermənistanın Baş naziri qeyd edib ki, Tehran danışıqlarda müzakirə olunan məsələlərdən, eləcə də Dağlıq Qarabağ məsələsi kontekstində Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərindən xəbərdar olmalıdır.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir