Yəməndə baş verən son hadisələr, 15 Oktyabr 2022

Şənbə 15 Oktyabr 2022 - 23:58
https://az.iswnews.com/?p=14118

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İslah Partiyası kəskin bəyanatla Yəmənin istefa vermiş hökumətinin Prezident Şurasının istefa vermiş hökumətin Əl-Covf vilayətindəki qubernatoru Şeyx Əmin Əl-Əkiminin vəzifədən uzaqlaşdırılması əmrinə qarşı çıxıb.

1- Oktyabrın 13-də Səudiyyə Ərəbistanı nümayəndə heyəti Sənaada Səudiyyə koalisiyasının bir sıra əsirləri ilə görüşüb. Bu xəbərə istinadən yerli mənbələr Ənsarullah ilə Səudiyyə Ərəbistanı arasında əsir mübadiləsi danışıqlarının aparıldığını iddia ediblər.

2- Oktyabrın 9-da BMT-nin Yəmən üzrə nümayəndəsi Hans Qrundberq Yəmən müharibəsinin tərəfləri ilə danışıqların davam etdirildiyini və atəşkəsin uzadılması üçün səylərin göstərildiyini açıqlayıb.

3- Əl-Covf:

– Yəmənin İstefa vermiş hökumətinin prezident şurası fərman verərək, istefa vermiş hökumətin Əl-Covf üzrə qubernatoru Şeyx Əmin Əl-Əkimini bu vəzifədən azad edib.

– İslah Partiyası bəyanat yayaraq Şeyx Əmin Əl-Əkiminin vəzifədən uzaqlaşdırılmasına qarşı olduğunu bəyan etdi və bir il əvvəldən Səudiyyə Ərəbistanında həbs olunduğunu təsdiqlədi. Ənsarullahın qatı əleyhdarlarından olan və Əl-Covfdakı Səudiyyəyönlü koalisiya qəbilələrinin ağsaqqallarından biri olan Şeyx Əmin Əl-Əkimi Əl-Həzm şəhərinin şərqində gedən döyüşlərdə Ənsarullah tərəfindən əsir götürülmüş, lakin Yəmən inqilabının lideri Seyid Əbdülməlik Bədruddin Əl-Husinin əfv fərmanı ilə azad edilərək koalisiyanın nəzarətində olan bölgələrə geri göndərilib.

4- Əbyən:
Oktyabrın 9-da Mudiye şəhərində Cənub Keçid Şurasının silahlı karvanı yolunda baş verən partlayış nəticəsində bu şuranın 7 silahlı üzvü həlak olub, daha ikisi yaralanıb. Bu hücumun əsas günahkarları İslah Partiyası və ya Əl-Qaidə qruplaşmasının silahlılarıdır.

5 – Şəbvə:
Əl-Səid rayonunun Əl-Musinəə bölgəsində Şəbvə Müdafiə Qüvvələrinin hərbi məntəqəsində bombanın partlaması nəticəsində bir neçə nəfər ölüb və yaralanıb. Bu qüvvələrin iddialarına görə, bomba İslah Partiyası silahlıları tərəfindən yerləşdirilib.

6- Təiz:
Əl-Vəzaiyyə rayonunda Tariq Saleh qüvvələri tərəfindən Əl-Muşavilə qəbiləsinin dörd üzvünün həbsindən sonra Əl-Əhyuq və Əl-Həzarə qovşağında tərəflər arasında silahlı qarşıdurma yaşanıb.

7- Əl-Hudəydə:
Səudiyyə koalisiya qüvvələri bu əyalətdə son 48 saat ərzində atəşkəs rejimini 109 dəfə pozub.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ISWnews-də Reklam