Azərbaycan və Ermənistan arasında baş verən hadisələrin icmalı və son təfərruatları + FOTO, VİDEO və SƏNƏD

Şənbə 17 Sentyabr 2022 - 14:49
https://az.iswnews.com/?p=13320

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi son bir neçə gün ərzində Azərbaycan-Ermənistan arasında baş verən münaqişələrə aid xəbərlərin icmalını təqdim edir.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin son günlər verdiyi bəyanatlar:

– Kəlbəcər və Laçın istiqamətlərində bölmələrimiz artilleriya atəşinə məruz qalıb

Ermənistan silahlı qüvvələri atəşkəs barədə əldə olunmuş razılaşmanı yenə də pozaraq sentyabrın 13-dən 14-nə keçən gecə və bu gün səhər saatlarında Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən bölmələrimizi müxtəlif çaplı minaatan və artilleriya qurğularından atəşə tutub.
Bu istiqamətdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülür.
Hazırda mövqelərimiz fasilələrlə atəşə tutulur. Bölmələrimiz tərəfindən zəruri cavab tədbirləri görülür.

14 Sentyabr

– Müdafiə Nazirliyi və Baş Prokurorluğun birgə məlumatı

Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində iki mülki şəxs yaralanıb
Sentyabrın 12-si gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribatı nəticəsində iki mülki şəxs yaralanıb.
Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən açılan atəş nəticəsində Kəlbəcər rayonu ərazisində heyvandarlıqla məşğul olan Goranboy rayonunun Veyisli kəndində yaşayan Kəlbəcər rayonu Bozlu kənd sakini 1975-ci il təvəllüdlü Musayev Asim İsa oğlu və Goranboy rayonunun Qaraçinar Kəndində yaşayan Kəlbəcər rayonu Ağdaban kənd sakini 1984-cü il təvəllüdlü Orucov Arzuman İman oğlu yaralanıblar.
Hazırda A.Musayev Gəncə şəhəri A.Səhhət adına 1 nömrəli xəstəxanada müalicə alır, onun vəziyyəti orta-ağır qiymətləndirilir. A.Orucova isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Hərbi Prokurorluqda istintaq olunan cinayət işi çərçivəsində hər iki fakt hazırda araşdırılır.

14 Sentyabr

– Kəlbəcər istiqamətində mövqelərimiz artilleriya atəşinə tutulur

Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik, Yellicə və Yuxarı Ayrım yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqeləri Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Yuxarı Şorca, Aşağı Şorca və Zərkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən D-30 və D-20 toplarından istifadə olunmaqla atəşə tutulur.
Beynəlxalq ictimaiyyətin çağırışlarına və atəşkəs haqqında əldə olunmuş razılaşmaya baxmayaraq Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya və digər ağır atəş vasitələrindən istifadə olunmaqla sərhədyanı ərazilərdə hücum və təxribatlar davam etdirilir.
Bir daha bəyan edirik ki, vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Azərbaycan Ordusu tərəfindən yalnız legitim hərbi hədəf olan atəş nöqtələrinə qarşı lokal cavab tədbirləri həyata keçirilir.
Ermənistan tərəfi təxribatçı əməllərindən çəkinməli və atəşkəs haqqında əldə olunmuş razılaşmaya riayət etməlidir.

14 Sentyabr

– Ermənistan silahlı qüvvələrinin bölmələri mövqelərimizi atəşə tutmaqda davam edir

Ermənistan silahlı qüvvələrinin bölmələri D-30, D-20 topları və 82 millimetrlik minaatanlardan da istifadə etməklə Azərbaycan Ordusunun Kəlbəcər, Laçın və Daşkəsən rayonları istiqamətlərində yerləşən mövqelərini atəşə tutmaqda davam edir.
Bölmələrimiz tərəfindən cavab tədbirləri görülür və qarşı tərəfin atəş məntəqələri məhv edilir.
Əməliyyat şəraiti ordumuzun nəzarətindədir.

14 Sentyabr

– Azərbaycanın müdafiə naziri Türkiyə Milli Müdafiə Universitetinin rektoru ilə görüşüb

Sentyabrın 14-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikası Milli Müdafiə Universitetinin rektoru professor Erhan Afyoncunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə naziri qonaqları salamladıqdan sonra Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatlar barədə məlumat verib.
Görüşdə Türkiyə ilə hərbi müttəfiqlik çərçivəsində digər sahələrdə olduğu kimi, hərbi-təhsil sahəsində də birgə əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanaraq bu istiqamətdə Türkiyə Milli Müdafiə Universiteti ilə təcrübə mübadiləsinin aparılmasının əhəmiyyəti diqqətə çatdırılıb.
Professor E.Afyoncu isə öz növbəsində genişmiqyaslı təxribat nəticəsində şəhid olanlarla bağlı başsağlığı verdikdən sonra hərbi təhsil sahəsində qarşılıqlı təcrübə mübadiləsinin hərbi qulluqçuların bilik və bacarıqlarının artırılmasına müsbət təsirini qeyd edib və bu sahə üzrə görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirib.
Sonra E.Afyoncu min illik tarixi keçmişə malik olan və fərqli coğrafi ərazilərə yayılan türk tarixindən bəhs edən “Türklerin tarihi” adlı kitabını general-polkovnik Z.Həsənova təqdim edib.
Görüşdə hərbi-təhsil və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Sonda qarşılıqlı hədiyyələr təqdim olunub.

14 Sentyabr

– Ordumuzun Kəlbəcər istiqamətindəki mövqeləri atəşə tutulur

Sentyabrın 14-ü saat 14:44-dən etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən mövqelərini minaatanlardan və artilleriya qurğularından atəşə tutur.
Azərbaycan Ordusunun bölmələri tərəfindən zəruri tədbirlər görülür.

14 Sentyabr

– Azərbaycan Ordusunun Baş Qərargah rəisi Türkiyə Milli Müdafiə Universitetinin rektoru ilə görüşüb

Sentyabrın 14-də Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkiyə Respublikası Milli Müdafiə Universitetinin rektoru professor Erhan Afyoncunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə hərbi-təhsil sahəsində görülən birgə işlərin inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

14 Sentyabr

– Müdafiə nazirliyinin məlumatı

Ermənistan silahlı qüvvələrinin təxribatının uğursuzluğundan təşvişə düşən bu ölkənin hərbi rəhbərliyi Azərbaycan-Ermənistan dövlət sərhədi boyu yerləşən bölmələrini, silah və döyüş texnikasını yaşayış məntəqələrindəki bina və mülki infrastruktur obyektlərinin yaxınlığında və Ermənistan ərazisinin dərinliklərində tərtiblənməsinə əmr verib.
Həmin məntəqələrdən Azərbaycan Ordusunun mövqelərini atəşə tutmaqla Ermənistan bu atəş nöqtələrini legitim hərbi hədəflərə çevirməyə və qəsdən hərbi əməliyyatların əhatə zonasını genişləndirməyə çalışır.
Bir daha bəyan edirik ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən mülki obyektlər hədəfə alınmır və yüksək dəqiqliklə qarşı tərəfin atəş nöqtələrinə zərbələr endirilir.

14 Sentyabr

– Laçında mövqelərimiz artilleriya qurğuları və minaatanlardan atəşə tutulur

Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən mövqelərini artilleriya qurğularından, 82 və 120 millimetrlik minaatanlardan atəşə tutur.
Bölmələrimiz tərəfindən cavab tədbirləri görülür.

14 Sentyabr

– Bəzi sosial şəbəkə hesablarında guya xeyli sayda yaralılarımızın mövcudluğu və onlara qan lazım olması ilə bağlı əsassız məlumatlar paylaşılır.

Bildiririk ki, Azərbaycan Ordusunda qan komponentləri ehtiyatları ilə bağlı heç bir problem yoxdur.

Ehtiyac olarsa Ordumuzun qan və qan komponentlərinə olan tələbatı Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının Qan Bankı bölməsi tərəfindən tam təmin ediləcəkdir.

Vətəndaşlarımızı bu cür yalan məlumatlara aldanmamağa və rəsmi təsdiqini tapmayan məlumatları paylaşmamağa çağırırıq.

15 Sentyabr

– Azərbaycan və Türkiyə müdafiə nazirləri arasında növbəti telefon danışığı olub

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyə Respublikasının milli müdafiə naziri cənab Hulusi Akar arasında növbəti dəfə telefon danışığı olub.
General-polkovnik Z.Həsənov həmkarını Azərbaycan-Ermənistan dövlət sərhədində mövcud əməliyyat şəraiti barədə ətraflı məlumatlandırıb və Ermənistan silahlı qüvvələrinin bütün təxribatlarının qarşısının qətiyyətlə alındığını bildirib.
Cənab H.Akar öz növbəsində Türkiyə silahlı qüvvələrinin daima Azərbaycan Ordusuna mənəvi dəstək olduğunu vurğulayıb.
Telefon danışığı zamanı Azərbaycan-Ermənistan dövlət sərhədində yaranmış vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

15 Sentyabr

– Müdafiə naziri ilə ABŞ müdafiə katibinin müavini arasında telefon danışığı olub

Sentyabrın 15-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla Amerika Birləşmiş Ştatlarının müdafiə katibinin siyasi məsələlər üzrə müavini cənab Kolin Kahlın təşəbbüsü ilə telefon danışığı olub.
Telefon danışığı zamanı tərəflər arasında ikitərəfli hərbi əməkdaşlıq məsələləri, eləcə də Azərbaycan-Ermənistan dövlət sərhədində yaranmış qarşıdurma və hazırkı vəziyyət müzakirə edilib.

15 Sentyabr

– Azərbaycan və Türkiyənin Baş Qərargah rəisləri arasında telefon danışığı olub

Sentyabrın 15-də Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ilə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Yaşar Güler arasında telefon danışığı olub.
General-polkovnik K.Vəliyev Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribat nəticəsində baş verən döyüş toqquşması və Azərbaycan Ordusunun bölmələrinin qətiyyətli cavab tədbirləri barədə həmkarını məlumatlandırıb.
Ordu generalı Y.Güler isə öz növbəsində Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən şəhid olan hərbi qulluqçularımızla bağlı başsağlığı verib və yaralılara şəfa diləyib. Türkiyənin hər zaman olduğu kimi, bu gün də Azərbaycanın yanında olduğunu xüsusi vurğulayıb.

15 Sentyabr

– Azərbaycan Ordusunun Baş Qərargah rəisi ilə Rusiya Federasiyasının müdafiə naziri arasında telefon danışığı olub

Sentyabrın 15-də Rusiya tərəfinin təşəbbüsü ilə bu ölkənin müdafiə naziri ordu generalı Sergey Şoyqu ilə Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev arasında telefon danışığı olub.
Tərəflər regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatlar və digər məsələləri müzakirə ediblər.

15 Sentyabr

Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin Azərbaycan silahlı qüvvələrinin bəzi bölmələrinin mühasirəyə düşməsi barədə dediyi fikirlər tam yalandır və növbəti dezinformasiyadır.
Bildiririk ki, Azərbaycan silahlı qüvvələri əməliyyat şəraitinə tam nəzarət edir.
Strateji təşəbbüs və strateji üstünlük Azərbaycana məxsusdur.
Yanlış məlumatlar yaymaq əvəzinə Ermənistan tərəfini atəşkəs haqda əldə olunmuş razılaşmanı gücləndirməyə çağırırıq.

16 Sentyabr

– Ermənistan silahlı qüvvələrinin təxribatçıları tərəfindən basdırılan minalar aşkar olunub

Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin Kəlbəcər, Laçın və Daşkəsən rayonlarında genişmiqyaslı təxribatı zamanı qarşı tərəfin diversiya qruplarının sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarından istifadə edərək müxtəlif istiqamətlərdə minaladıqları Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilər və təminat yolları mühəndis-istehkam bölmələrimiz tərəfindən təmizlənir.
Ərazidə aparılan minatəmizləmə fəaliyyəti nəticəsində 100 ədəd Ermənistanda istehsal edilmiş piyada əleyhinə PMN-Э minası, 8 ədəd piyada əleyhinə PMN-2 minası və 10 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.
Mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.

17 Sentyabr

– Daha 2 hərbçi həyatını itirdi

Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısını alarkən Azərbaycan Silahlı Qüvvələrinin daha 2 hərbi qulluqçusu həlak olub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bununla da, erməni təxribatlarının qarşısını alarkən həyatını itirən hərbi qulluqçuların sayı 79-a çatıb.

Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.

17 Sentyabr

Son münaqişələrdə həyatlarını itirən əsgərlərimiz:

Daha çox oxuyun: Son münaqişələrdə həyatını itirmiş əsgərlərin sayı 77-ə yüksəldi + FOTO

– Dünən 16 sentyabr tarixində Azərbaycan Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Səmərqənddə keçirilən sammitində çıxışı zamanı belə deyib:

“Ermənistanın təxribatı iki dövlət arasında münasibətlərin normallaşması prosesinə böyük zərbədir. Vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Zəngəzur dəhlizinin açılması region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və bu marşrut üzərində yerləşən bütün ölkələr üçün faydalı olacaq”.

– Avropa İttifaqı Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq məqsədi güdür. Bundan əlavə Moskvanın Bakı və İrəvanla üçtərəfli işinə də icazəsiz müdaxilə etməyə çalışır.

Bu barədə “RİA Novosti”yə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Denis Qonçar məlumat verib.

Üstəlik, onun sözlərinə görə, bu, Qərbin Rusiyaya qarşı start verdiyi sanksiya kampaniyası və ATƏT-in Minsk Qrupu vasitəsilə birgə işi dayandırması fonunda baş verir.

Qonçar həmçinin Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinin fasiləsiz olmamasından təəssüfləndiyini bildirib.

14 Sentyabr

– Hüseyniyyun son hadisələrlə əlaqədar bəyanat yayımladı

Bismillahir-rəhmanir-rəhim
Azərbaycan xalqının məzlum övladları beynəlxalq sionist qüvvələrin maraqları və çirkin planları yolunda Əliyev rejimi tərəfindən qurban verilir. Bu, qəti şəkildə yolverilməzdir.
Azərbaycanda mənəviyyatsız, qumarbaz, əxlaqsız bir ailənin atdığı bu addım tam şeytani bir siyasətdir və bəsirətli xalqımız övladlarının bu çirkin oyunların qurbanına çevrilməsinin qarşısını almalıdırlar.
Əliyev rejimi tərəfindən cəbhədə baş verən son hadisələr vətən və milli mənafeyimiz uğrunda deyil, Azərbaycanın namusuna göz tikən, sərvətini talayan və ilahi dəyərlərini məhv edən, xalqını təhqir edən iblis qüvvələrinin məkirli planlarının icrası üçün şeytani qüdrətlərin köləsi olan Ermənistan hakimiyyətinin həmkarlığı ilə həyata keçirilən bir ssenaridir.
Rejimin bu çirkin siyasətləri uğrunda İnsanların pak niyyəti və saf hisslərindən sui-istifadə edərək xalqı zalımın qurbangahına sürükləyən “ziyalılar və din xadimləri” bir gün bu etdikləri xəyanətə görə hər iki dünyada cavab verməli olacaqlar.
Azərbaycanın qeyrətli cavanlarının taleyini əyyaş və zalım hakimiyyətin öhdəsinə buraxmaq, bağışlanmayan böyük bir günahdır.
Şəhid və qazi ailələrinə qayğı və diqqət göstərib, onları rejimin ümüdünə buraxmadıqlarına görə xalqımıza dərin təşəkkürümüzü bildiririk və bu məsələdə daha aktiv olmağa səsləyirik. Hər birimiz, qəm-qüssə içərisində olan məzlumların və ailələrinin taleyi üçün Allah qarşısında məsuliyyət daşıyırıq.
Əziz xalqımıza bu çətin fitnələr zamanında Allahdan siyasi bəsirət, agahlıq və uzaqgörənlik diləyirik.
Sonda məlum hadisələrdə əzizlərini itirmiş valideynlərə və ailələrə başsağlığı veririk və Allahdan onlara səbr istəyirik.
Allah rəhmət eləsin!Hüseyniyyun Azərbaycan İslam Müqaviməti

15 Sentyabr

Daha çox oxuyun: Hüseyniyyun son hadisələrlə əlaqədar bəyanat yayımladı

– Gürcüstanın baş naziri Ermənistanla Azərbaycan arasında gərginləşən vəziyyəti şərh edib.

“Ermənistan və Azərbaycan bizim dostumuzdur, bu ölkələrdə baş verənlər bizim üçün qəbuledilməzdir və biz hadisələri böyük kədər və narahatlıqla izləyirik”, – deyə Qaribaşvili Berlində keçirdiyi mətbuat konfransında deyib.

Qaribaşvili ümid etdiyini bildirib ki, tərəflər tezliklə dialoqa qayıdacaqlar və bu münaqişə həll olunacaq.

14 Sentyabr

– BMT Təhlükəsizlik Şurası (TŞ) sentyabrın 15-də son günlər vəziyyətin ciddi şəkildə pisləşdiyi Azərbaycan və Ermənistan sərhədindəki vəziyyəti müzakirə etmək üçün yenidən toplaşacaq. Təhlükəsizlik Şurasının çərşənbə günü dərc olunmuş iş proqramında qeyd olunub.

Çərşənbə günü sərhəddəki vəziyyət Şuranın qapalı məsləhətləşmələrində artıq müzakirə edilib, cümə axşamı müzakirələr açıq rejimdə keçiriləcək.

Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.

15 Sentyabr

– ABŞ dövlət katibi Entoni Blinken Ermənistanın baş naziri Nikol Paşinyanla söhbətində ABŞ-ın Yerevan və Bakı arasında problemlərin həllinə kömək etməyə hazır olduğunu açıqlayıb.

Dövlət Departamentinin bəyanatında deyilir: “Dövlət katibi Ermənistan və Azərbaycana fikir ayrılıqlarının sülh yolu ilə həllində kömək etmək öhdəliyimizi bir daha təsdiqləyib.

O qeyd edib ki, “diplomatiya irəliyə doğru yeganə yoldur”.

Blinken bunu şəxsən davam etdirəcəyini əlavə edib.

16 Sentyabr

– Ermənistanın baş naziri Nikol Paşinyan da Azərbaycan Respublikasının hərbçiləri ilə münaqişə zamanı bu ölkənin itkilərinin sayını açıqlayıb. Paşinyanın sözlərinə görə, son toqquşmalarda ən azı 135 erməni əsgəri həlak olub.

15 Sentyabr

– Azərbaycanın Daxili İşlər Nazirliyi son münaqişələr zamanı həyatını itirənlərin dəfn mərasimlərində dini şüarların səsləndirilməsini qadağan edib və bu qaydanı pozanların cinayət məsuliyyətinə cəlb ediləcəyini açıqlayıb.

15 Sentyabr

– Ermənistanın Baş Qərargahı: Azərbaycan Silahlı Qüvvələri Nerkin Xanda, Şorji və İşxanəsar bölgələrində irəliləyib.

Nərkin Xan, Verin Şorja və Nərkin Şorja kəndləri ərazisində Azərbaycan silahlı qüvvələri 1-2 km, İşxanasər rayonunda 0,5 km irəliləyib.

16 Sentyabr

– Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Səmərqənddə keçirilən sammitində iclaslar arası çəkilən foto:

– Tayvana mübahisəli səfərindən sonra Nensi Pelosi Ermənistana gedir!

ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi Tayvana mübahisəli səfərindən sonra indi Azərbaycan Respublikası ilə Ermənistan arasındakı münaqişələrlə eyni vaxtda İrəvana səfər etmək istəyir.

15 Sentyabr

– İrəvanda və Xankəndidə hakimiyyət əleyhinə etirazlar baş vermişdir.

14 Sentyabr

– Ermənistanla Azərbaycan sərhədində baş verən insidentin Qarabağa heç bir aidiyyatı yoxdur.

Bunu Rusiya Prezidenti Vladimir Putin ŞƏT sammitinin yekunlarına dair mətbuat konfransında deyib.

16 Sentyabr

– Azərbaycan Prezidenti İlham Əliyev həmkarı Rusiya lideri Vladimir Putinə Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət barədə məlumat verib.

16 Sentyabr

– Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya lideri Vladimir Putin Azərbaycan və Ermənistan sərhədindəki gərginliyi müzakirə ediblər.

Vladimir Putin:
– Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi hamımızı narahat edir.
– Nə yaxşı ki, əlaqələndirilmiş səylər nəticəsində Bakı ilə İrəvan arasında gərginliyin qarşısını almaq mümkün olub, lakin vəziyyət gərgin olaraq qalır.

İlham Əliyev:
– Sərhəddə vəziyyət stabildir, əsas odur ki, münasibətlərin normallaşması prosesinin başlanğıcı pozulmasın.
– Atəşkəs rejiminə əməl olunması onu göstərir ki, nə Ermənistanın, nə də Azərbaycanın genişmiqyaslı eskalasiya planları olmayıb.

16 Sentyabr

Daha çox oxuyun:
Qafqazda son vəziyyət
Son münaqişələrdə həyatını itirmiş əsgərlərin sayı 77-ə yüksəldi + FOTO
Son münaqişələrdə həyatını itirən əsgərlərimiz dəfn edilir + FOTO
Video: Azərbaycanın Ermənistana dron hücumları

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir