Yəməndə İslah Partiyası ilə BƏƏ-nin dəstəklədiyi qüvvələr arasındakı toqquşmaların son təfərruatları + FOTO

Cümə axşamı 1 Sentyabr 2022 - 17:35
https://az.iswnews.com/?p=12592

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Cənub Keçid Şurası BƏƏ-nin dəstəyi ilə Əl-Məhrə və Həzərmut əyalətlərində İslah Partiyasına qarşı əməliyyatlara hazırlaşır.

Yəmənin işğal olunmuş ərazilərindən alınan son xəbərlərə görə, İslah Partiyasının komandirləri Həzərmut vilayətinin qərbində yerləşən Əl-İbər bölgəsinə yeni ehtiyat qüvvələr göndərərək, bu bölgənin səhraya baxan təpəliklərinə raket və artilleriya qurğularını yerləşdiriblər. Hazırda bu cəbhədə konkret münaqişə barədə məlumat verilməyib, lakin Əl-İbərdə İslah partiyasının müdafiə xəttinin formalaşması bu qruplaşma ilə BƏƏ-nin dəstəklədiyi silahlı qüvvələr arasında ciddi münaqişə ehtimalını artırır.

Digər tərəfdən, Cənub Keçid Şurasını əsas qərar verən BƏƏ Əl-Məhrə əyalətində “Ən-Nuxbətul-Məhriyyə Və Difaul-Məhrə” adlı yeni hərbi təşkilat yaradır. Cənub Keçid Şurasının Əl-Məhrə əyalətindəki hərbi komandiri Xalid Səid Taha bu hərəkəti cənubun təhlükəsizliyini və sabitliyini gücləndirmək üçün hesab edib və Əl-Məhrə qəbilələrinin şeyxləri və ağsaqqallarının son iclasının bəyanatına istinad edərək İslah partiyası təfədarı olan silahlı dəstələrin Əl-Məhrə vilayətindən çıxmalarını tələb edib. Təbii ki, bu görüşdə Əl-Məhrə qəbilələrinin ağsaqqalları əvvəlcə xarici qüvvələrlə qarşıdurmanın zəruriliyini vurğulayıblar, sonra onlara qarşı ümumi səfərbərliyə çağırıblar, lakin Cənub Keçid Şurası bu məsələləri dəyişdirərək, ümumi səfərbərlik prosesinin dayandırılmasını tələb edib və xalqı İslah Partiyasına qarşı hərəkətə keçməyə və Əl-Məhrə əyalətindəki neft ərazilərinə nəzarət etməyə təhrik edib.

Əbyən əyalətində Muxtar Ən-Nubinin komandanlığı altında Cənub Keçid Şurasının silahlı qüvvələri Luder rayonuna daxil olub və indiyədək İslah Partiyasını dəstəkləyən tayfalarla bu qüvvələr arasında ciddi münaqişə olmayıb. Şəbvə əyalətində vəziyyət dəyişməyib və İslah partiyasının mediası bu partiyanın qüvvələrinin hələ də Ətəq şəhərini Şəbvə valisi İvəd bin Əl-Vəzir Əl-Avlakidən geri almaq üçün hücuma hazırlaşdıqlarını iddia edir.

Yəmənin işğal olunmuş ərazilərində qarşıdurmaların səngiməsinə baxmayaraq, İslah partiyasının qüdrəti azalmaqda, BƏƏ-nin tabeliyində olan qrupların gücü isə artmaqdadır. İslah partiyası Ənsarullahla ittifaq təklifinə cavab verməməklə özünün süqutunu təmin etməklə yanaşı, qərblilərin və Cənub Keçid Şurasının Yəmənin parçalanması planını həyata keçirmək istəyini artırıb. Qapalı və düşüncəsiz siyasət əksər İxvan qruplarının əsas xüsusiyyətidir, lakin Yəməndə baş verən son proseslər sübut etdi ki, İslah partiyası bu hallarla yanaşı, irrasionallıq və riyakarlıqda da Misir, Suriya və s. İxvan qruplarından öndədir.

Daha çox oxuyun: Cənub Keçid Şurasının silahlı qüvvələri Əbyən əyalətində irəliləyir

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir