Cənub Keçid Şurasının silahlı qüvvələri Əbyən əyalətində irəliləyir

Cümə 26 Avqust 2022 - 15:00
https://az.iswnews.com/?p=12238

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Cənub Keçid Şurasının silahlı qüvvələri İslah Partiyası ilə qarşıdurmanın davamında Əbyən vilayətinin Əhvər və Əl-Vəzi rayonlarında rəliləməyə nail olublar.

Dünən 25 avqust tarixində Əbyən vilayətindəki yerli mənbələr Cənub Keçid Şurasının yeni silahlı konvoyunun Ədənin şərq bazalarından bu vilayətin sahilindəki Şoqra şəhərinə göndərildiyini bildiriblər.

Yəmənin istefa vermiş hökumətinin prezident şurasının rəhbəri Rəşad Əl-Əliminin Əbyən əyalətində istənilən hərbi əməliyyatları dayandırmaq əmrinə baxmayaraq, cənublular Əhvər rayonuna hücum edərək bu rayonun şərqində yerləşən Əl-Qəşəə bazasını heç bir xüsusi əməliyyat olmadan ələ keçiriblər. Bu baza ötən il istefa vermiş Mənsur Hadi hökuməti ilə cənublular arasında baş verən qarşıdurmalar zamanı İslah partiyasının silahlıları tərəfindən ələ keçirilmişdir. Cənublu silahlılar Əl-Vəzi rayonuna da daxil olub və ağır hərbi texnikalarını bu rayonun mərkəzinin kənarında yerləşdiriblər. Əl-Vəzi Yəmənin istefa vermiş prezidenti Əbd-Rəbə Mansur Hadinin doğulduğu yerdir və hazırda İslah Partiyası silahlılarnın nəzarəti altındadır.

Bununla bağlı Cənub Keçid Şurası da Əl-Məhrə əyalətində hərbi əməliyyatların aparılması üçün əmr verib və Cənub Keçid Şurasının Baş Assambleyasının rəhbəri Əhməd Bin Brik bu qrupun silahlı qüvvələrinin Əl-Məhrə və Həzərmut vilayətlərində əməliyyatlar keçirməyə hazır olduğunu açıqlayıb.

İstefa vermiş hökumət qüvvələri ilə İslah partiyası arasında Şəbvə vilayətinin mərkəzi Ətəq şəhərindən başlayan qarşıdurma və gərginlik Yəmənin işğal olunmuş bölgələrinin digər əyalətlərində də davam edir. İslah Partiyası Ənsarullahla ittifaq təklifinə heç bir maraq göstərməyib və Tariq Saleh və Cənub Keçid Şurası bu fürsətdən istifadə edərək öz güclərini genişləndirirlər.

Daha çox oxuyun:
Sənaada partlayış, İsrail hava hücumu və ya uğursuz raket transferi? + FOTO
Yəmənin cənubunda İslah Partiyasının mövqeləri çökdü

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir