Əfqanıstan və Pakistan silahlı qruplarının gizli müharibəsi

Cümə axşamı, 25 Avqust 2022 - 14:19
https://az.iswnews.com/?p=12143

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Pakistanlı və Əfqanıstanlı silahlı qruplar arasında baş verən qarşıdurma nəticəsində iki tanınmış pakistanlı komandir də daxil olmaqla, Əfqanıstan və Pakistan Talibanlarının 10 üzvü öldürülüb.

Əfqanıstanın Helmənd əyalətində yerləşən Nave rayonunda Taliban silahlıları ilə “Təhrik-e-Taliban Pakistan” (TTP) üzvləri arasında baş verən qarşıdurma nəticəsində iki Əfqanıstan “Taliban” silahlısı və “Təhrik-e-Taliban Pakistan”ın (TTP) cəbhə komandirlərindən olan Molla Abdullah da olmaqla dörd üzvü öldürülüb.

Digər tərəfdən, Əfqanıstanın Qəndəhar əyalətinin Spin Boldak sərhəd rayonunda naməlum silahlı şəxslər Təhrik-e-Taliban Pakistan hərəkatının dörd üzvünü, o cümlədən “Hafiz Gül Bahadur” kimi tanınan “Yaser Parki”ni həbs edərək güllələyiblər. Yasir Mahmud Şimali Vəziristandakı Təhrik-e-Taliban Pakistan təşkilatının komandirlərindən biri və “Puştun Müdafiə Hərəkatı”nın əsas dəstəkçilərindən hesab edilən bu təşkilatın idarə heyətinin üzvüdür. O, Əfqanıstanın əvvəlki hökuməti dövründə bu ölkəyə səfər edib və Əşrəf Qəni hökumətinin rəsmiləri ilə sıx münasibətdə olub.

Əymən Əz-Zəvahirinin ABŞ-ın dron hücumunda həlak olmasıKabildə Şeyx Rəhimullah Həqqaniyə sui-qəsddən sonra Əfqanıstan və Pakistanın silahlı qruplaşmaları arasında daxili fikir ayrılıqları daha da güclənib. Yasir Mahmudun qətlinə görə məsuliyyəti heç bir qrup öz üzərinə götürməsə də, çox güman ki, bu sui-qəsd Pakistan Ordusu Kəşfiyyat Təşkilatının (ISI) əməkdaşlığı ilə Həqqani şəbəkəsinin agentləri tərəfindən həyata keçirilib.

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.