Taliban rəsmilərinin vizaları BMT tərəfindən uzadılmadı!

Çərşənbə, 24 Avqust 2022 - 14:48
https://az.iswnews.com/?p=12106

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Taliban hökuməti Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında Taliban rəsmilərinə aid vizaların uzadılmamasına cavab olaraq Avropa Birliyinin Əfqanıstandakı səfirini ölkədən çıxarıb.

13 Taliban hökumət rəsmisinin səfəri üçün nəzərdə tutulan üç aylıq vizanın müddəti başa çatdıqdan və BMT Təhlükəsizlik Şurasına üzv dövlətlər arasında müddətin uzadılması ilə bağlı mübahisədən sonra bu şuranın avqustun 22-də keçirilən ikinci iclası da bir nəticəyə gəlməyib.

Təhlükəsizlik Şurasının veto hüququna malik üç daimi üzvü olan ABŞ, Fransa və İngiltərə ilk iclasda Taliban rəsmilərinə aid vizaların uzadılmamasını vurğulamışdılar, lakin Çin və Rusiya vizaların ən azı bir dəfə üç aylıq uzadılmasını tələb etsələr də digər üzvlər tərəfindən təsdiqlənməmişdi. İkinci iclasda ABŞ daha bir təkliflə çıxış edərək, Təhlükəsizlik Şurasının üzvlərindən adı çəkilən siyahının yeddi üzvünün vizalarının tamamilə ləğv edilməsini və onlardan altısının Qətərin paytaxtı Doha şəhərinə səfərini məhdudlaşdırmaq təkilifini irəli sürmüşdür. Lakin bu təklif Çin və Rusiya tərəfindən yenə bəyənilmədi və beləliklə ikinci görüş də nəticəsiz başa çatdı.

Vizaların uzadılmasının əleyhdarları səbəblərini Əfqanıstanda qadınların hüquqlarına hörmət edilməməsi və qız məktəblərinin bağlanması kimi göstəriblər. BMT Təhlükəsizlik Şurasının iclasları keçirilməzdən əvvəl Taliban, öz rəsmilərinin viza qadağalarının götürülməsini və qərblilərin bu məsələdən təzyiq vasitəsi kimi istifadə etməməsini tələb etmişdir. Qərb ölkələrinin Talibanın tələbinə məhəl qoymaması ilə bu qrup Aİ-nin Əfqanıstandakı səfiri Arnot Poulzu Kabildən qovdu. Talibanın bu hərəkətinə cavab olaraq, Poulz Twitter-dəki mesajında ​​Avropanın qadınların hüquqlarını müdafiə etməkdə ciddiliyi kimi “Rafael Laydik” adlı qadın diplomatın dəyişdirilməsinə işarə edib və Talibana müraciət edib: “Siz bir diplomatı Əfqanıstandan çıxara bilərsiniz, lakin Əfqanıstanı diplomatlardan azad edə bilməzsiniz”.

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.