Yəməndə baş verən son hadisələr, 20 Avqust 2022

Şənbə, 20 Avqust 2022 - 17:51
https://az.iswnews.com/?p=11957

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Şəbvə və Həzərmut əyalətlərində İslah partiyasının silahlıları ilə istefa vermiş Yəmən hökumətinin qüvvələri arasında qarşıdurmaların davamında Əl-Vədiə keçid məntəqəsi istefa vermiş hökumətin qüvvələri nəzarətinə keçib.

1- Şəbvə:
– Timuti Lenderkinq, ABŞ-ın Yəmən məsələləri üzrə nümayəndəsi: Biz Şəbvədə münaqişələrin artması ilə bağlı narahatlığımızı bildiririk. ABŞ, neft yataqlarına doğru irəliləyən və neft şirkətləri üçün təhlükə yaradan istənilən qüvvə ilə mübarizə aparacaq. Biz BƏƏ-dən Şəbvə əyalətində sakit olmağı və problemləri dialoq yolu ilə həll etməyi xahiş etdik.
– Yəmənin istefa vermiş hökumətinin prezident şurasının rəhbəri Rəşad Əl-Əlimi Ətəq-Əl-İbər yolunun təhlükəsizliyini təmin etmək məsuliyyətini Cənub Keçid Şurasının silahlı qüvvələrinə həvalə edib.
– Ötən həftə BƏƏ dronları bir neçə dəfə Cordan rayonu və Mərxətus-Selfi məntəqəsindəki İslah Partiyası silahlılarının mövqelərini bombalayıb.
– Avqustun 20-də Əl-Əmaliqə və Şəbvə müdafiə qüvvələri Əyaz bölgəsinin cənubunda və Əl-Ələm bazasındakı İslah partiyasının silahlı qüvvələrinin mövqelərinə hücum edib. Bu cəbhədə münaqişə davam edir və müxtəlif KİV-lərin iddialarına baxmayaraq, tərəflərin mövqelərində heç bir dəyişiklik baş verməyib.

2- Həzərmut:
– Avqustun 17-də Cənub Keçid Şurasının silahlıları Əl-Vədiə sərhəd-keçid məntəqəsinin məsul zabiti və İslah Partiyasının üzvü Haşim Əl-Əhmərin qüvvələrini məntəqədən çıxararaq, bu sərhəd keçid məntəqəsinə nəzarəti ələ keçiriblər.
– Yunan bayraqlı Maran Canopus gəmisi avqustun 6-da Əz-Zəbbə limanında iki milyon barrel Yəmənin xam neftini yükləyib. Bu yükün dəyəri 200 milyon dollar qiymətləndirilir.
– Cənub Hərəkatının (Əl-Hərrakul-Cunubi) Həzərmut əyalətindəki liderlərindən biri olan Fadi Həsən Baum Cənubi Keçid Şurasının rəhbəri İdrus Əz-Zubeydi ilə görüşmək və birləşmək üçün Ədən şəhərinə səfər edəcək.

3- Sənaa:
Yerli mənbələrin məlumatına görə, Səudiyyə Ərəbistanının nümayəndə heyəti Ənsarullah rəsmiləri ilə görüşmək və söhbət etmək üçün gizli səfərlə Sənaa şəhərinə daxil olub.

4- Əl-Hudəydə:
Səudiyyə koalisiya qüvvələri bu əyalətdə son 48 saat ərzində atəşkəs rejimini 199 dəfə pozublar.

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.