Taliban Moləvi Mehdi Mücahidi öldürdü

Çərşənbə, 17 Avqust 2022 - 18:59
https://az.iswnews.com/?p=11810

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Talibanın Müdafiə Nazirliyi Hərat və İranın şərqindəki Xorasan Rəzəvi əyalətindəki sərhəd bölgələrində Talibandan ayrılan Həzara komandiri “Moləvi Mehdi Mücahid”in ölümü ilə bağlı açıqlama yayıb.

Hərat vilayətindəki yerli mənbələrin məlumatına görə, Mehdi Mücahid bu gün çərşənbə günü, avqustun 17-də sərhədyanı Kehsan rayonunda yerləşən Bonyad kəndində həbs edilib və sonra edam edilib. Onun İrana qaçmaq istədiyi, lakin Taliban silahlıları tərəfindən müəyyən edilərək həbs edildiyi bildirilir. Bununla bağlı daha ətraflı məlumat dərc olunmayıb və bəzi mənbələr də bu xəbəri təkzib ediblər.

Moləvi Mehdi Mücahid “Bamyan Əyalətinin Təhlükəsizlik Xidmətinin Komandanlığı”na rəhbərlik edən Talibanın yerli Həzara komandirlərindən biri idi. O, Talibanın Əfqanıstanın müxtəlif etnik qruplarına qarşı birölçülü siyasətini və davranışını tənqid etdikdən sonra bu vəzifədən uzaqlaşdırılıb və bir neçə ay Bəlxabda qaldıqdan sonra Taliban rəsmiləri ilə gərginlik yaranıb. Bu gərginlik Bəlxab şəhərində qısamüddətli silahlı qarşıdurma ilə müşayiət olundu və bu şəhərin yüzlərlə məzlum əhalisinin qətliamına və didərgin düşməsinə səbəb oldu. Döyüş meydanında məğlub olan Mehdi Mücahid naməlum bir yerə qaçmışdır.

Daha çox oxuyun:
Bəlxabda Taliban daxili vətəndaş müharibəsi gözlənilir – Mehdi Mücahid kimdir və nə istəyir?
Bəlxabda Taliban və Mehdi Mücahid arasında toqquşma ilə bağlı son xəbərlər, 25 İyun 2022
Bəlxabın məzlum şiələrinə qarşı Talibanın etdiyi cinayətlərin pərdə arxası + VİDEO və FOTO

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.