Əfqanıstanda İslam Əmirliyinin (Talibanın) bəzi qadağaları kölgəsində Məhərrəm ayı mərasimlərinin keçirilməsi

Çərşənbə axşamı, 9 Avqust 2022 - 18:14
https://az.iswnews.com/?p=11434

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, 2022-ci ilin Məhərrəm ayı Əfqanıstanda əvvəlki illərdən fərqli olaraq qeyd edilib. Əfqanıstandan gələn xəbərlər bu ölkədə Aşura mərasimlərinin keçirilmə tərzinə aid Taliban tərəfindən məhdudiyyətlər qoyulduğundan və bu məhdudiyyətlərin Əfqanıstan dindarları üçün çətin vəziyyət yaratdığından xəbər verir.

Aşura mərasiminin təfərruatları və yaradılan məhdudiyyətlər barədə:

1- Kabil:
Aşura mərasimi Kabil şəhərinin üçüncü rayonunda yerləşən Xatəmün-Nəbiyyin məscidində (s.ə.s.) şiə və sünni alimləri, gənclər, mühüm şəxsiyyətlər və həmçinin İslam Əmirliyinin Xarici İşlər Nazirliyinin siyasi müavini “Şir Məhəmməd Abbas Kərimi Stanekzai”nin iştirakı ilə keçirilib.

Talibanın Xarici İşlər Nazirliyinin siyasi müavini Şir Məhəmməd Abbas Kərimi Stanekzainin Kabil şəhərindəki Xatəmun-Nəbiyyin (s.ə.s) məscidindəki çıxışından

Talibanın xarici işlər nazirliyinin siyasi müavini Şir Məhəmməd Abbas Kərimi Stanekzai Kabil şəhərindəki Xatəmun-Nəbiyyin (s.ə.s) məscidində etdiyi çıxışda məsciddə olan insanlara və bütün İslam ümmətinə İmam Hüseyn (əleyhissalam)-ın şəhadətinin ildönümü münasibəti ilə başsağlığı verib. Bu sözlərlə bir çox böyük İslam şəxsiyyətlərinin İmam Hüseyndən (əleyhissalam) nümunə götürərək İslam yolunda canlarını fəda etdiklərini ifadə edərək İmam Hüseynin (əleyhis-salam) kafirlərə və xəvariclərə qarşı mübarizə aparmaqda məşəl və nur olduğunu vurğulayıb. O həmçinin qəlbində Peyğəmbər və onun ailəsinə məhəbbət olmayan şəxsin müsəlman olmadığını deyib .

Həmçinin Kabil şəhərinin Əz-Zəhra (s), Mehdiyyə, Vəliəsr (ə.c), İmam Zaman (ə.c), Muhəmmədiyyə, Çəndavol, Ziyarəte Əbülfəzl və digər məscidlərdə İmam Hüseyn (ə) aşiqləri Tasua və Aşura mərasimlərini keçiriblər.
Kabildə Tasua və Aşura mərasimləri Taliban silahlılarının məhdudiyyətləri ilə baş tutub. Yerli KİV-lərin verdikləri xəbərlərə əsasən, Taliban silahlıları Kabilin qərbində yaşayanların Aşura yürüşü keçirməsinə mane olublar. Avqustun 7-də Taliban silahlıları Kabilin qərbində (3, 5, 6, 13 və 18-ci rayonlarda) bütün telekommunikasiya və internet xidmətlərini kəsiblər.

2- Hərat:
Hərat şəhərinin müxtəlif bölgələrində şiə və sünni məzhəblərinin davamçılarının iştirakı ilə və daha möhtəşəm şəkildə Tasua və Aşura mərasimləri keçirilib. Əhli-Beyt (ə) aşiqləri Cəbrail qəsəbəsi, Hac Abbas məhəlləsi, Həratın şəhidlər xiyabanı, Bekr Abad, Banke Xun, Zeynəbiyyə, Karte Bal və Əmme Səkinə prospektlərində yerləşən məscid və hüseyniyyələrdə Tasua və Aşura mərasimlərini əzəmətlə keçiriblər.

3- Bəlx:
Məzari-Şərif şəhər sakinləri ötən illərdə olduğu kimi bu il də Taliban silahlılarının əzadarlara və heyətlərə tətbiq etdiyi sərt məhdudiyyətlər səbəbindən Tasua və Aşura mərasimlərini keçirməyiblər.
Avqustun 5-də Taliban silahlıları Məzari-Şərif şəhərində ictimai yerlərdən Məhərrəm ayına aid matəm bayraqlarını yığaraq Aşura qərargahının Rozə Səxi ziyarətgahında matəm keçirməsinə icazə verməyiblər.
Şəhər sakinlərinin əzadarlıq etməmələri üçün Taliban silahlıları Aşura günü Rozə Səxi ziyarətgahı giriş qapılarını bağlayıblar.
Təəssüflər olsun ki, Məzari-Şərif şəhərində Tasua və Aşura mərasimləri üçün yaradılan məhdudiyyətlər səbəbindən bu mərasim əvvəlki illərdəki izdihama sahib olmayıb.

Rozə Səxi ziyarətgahının bağlı qapıları və insanların yas mərasiminə girməsinə mane olmaları

4- Qəndəhar:
İslam Əmirliyinin (Talibanın) yerli hakimiyyət orqanlarının iştirakı ilə Qəndəhar şəhərinin birinci rayonunda yerləşən Fatimiyyə (s) məscidində Aşura mərasimi keçirilib. Təhlükəsizliyə görə Taliban silahlıları Qəndəhar şəhərinin digər yerlərində Tasva və Aşura mərasimlərinin keçirilməsinə mane olublar.

5- Sərepol:
Sərepol vilayətində Taliban silahlıları İmam Səccadın (əleyhis-salam) nəvəsi İmam Zadə “Yəhya”nın müqəddəs ziyarətgahında Aşura mərasiminin keçirilməsinə mane olublar, Sərepol şəhərinin sakinləri məscid və ziyarətgahlarda əzadarlıq ediblər.

6- Bamiyan:
Aşura mərasimi alimlər, gənclər, mədəniyyət və təhsil nümayəndələri, Əhlibeyt (ə) aşiqləri, Talibanın bu vilayətdəki nümayəndəsi “Abdullah Sərhədi” və hökümətin digər rəsmilərinin iştirakı ilə Bamiyan şəhərinin Dərre Sadat məscidində keçirilib.

7- Qəzni:
Taliban silahlıları şiələr yaşayan bölgələrin, o cümlədən Qəlee Şəhade, Tohid Abad, Həsən Abad və Cəfəriyyə Qəznidəki mərkəzi məscidinə gedən bütün yolları bağlayaraq Aşura mərasiminin keçirilməsinə mane olublar. Taliban silahlıları Qəzni şəhərində də bir neçə dini liderləri döyüblər.

Qeyd edək ki, Aşura mərasimi Qəzni, Helmənd, Səmənqan, Paktiya, Pərvan, Vərdək meydanı, Ğovr, Luqar, Kunduz, Bədəxşan, Daykendi, Ərzəqan, Cəuzcan və Faryab əyalətlərinin digər bölgələrində də keçirilib, lakin yerli KİV-lərin verdiyi məlumatlara əsasən əvvəlki illərdəki keyfiyyət olmayıb.

Daha çox oxuyun:
Bəlxdə Taliban silahlıları tərəfindən İmam Hüseyn (ə) bayraqları aşağı endirilib

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.