Orta Asiyada baş verən son hadisələr, 23 İyul 2022

Şənbə, 23 İyul 2022 - 23:38
https://az.iswnews.com/?p=10580

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Tacikistan və Türkmənistan ölkələri bu ölkə başçılarının Qırğızıstanda keçirilən dördüncü görüşündə Mərkəzi Asiya ölkələri arasında “dostluq, mehriban qonşuluq və əməkdaşlıq” sazişini imzalamaqdan imtina ediblər.

Əfqanıstan:

1- Bamyan:

– İyulun 16-da Talibanın Bamyan əyalətindəki 5-ci piyada briqadasının 50-dən çox silahlısı bir neçə aydır maaşlarını almadıqları üçün yerlərini tərk ediblər.

– İyulun 19-da Taliban silahlıları Bamyan şəhərindəki Hz İmam Xomeyni (r.ə) Kənd Təsərrüfatı Kollecinin adını dəyişdirərək Seyid Camaluddin Əfqan Kolleci adlandırıblar.

Bamyan kənd təsərrüfatı kollecinin giriş hissəsinin şəkli

2- Bağlan:

– İyulun 16-da Əhməd Məsudun qüvvələri Kutel Çəhab Nəvi bölgəsində və Xostofərəng şəhərində yerləşən Kəhzər və Dərə Dəh kəndlərində Taliban yaraqlılarına hücum edib. Əhməd Məsuda bağlı xəbər mənbələri bu toqquşmalarda Talibanın itkilərinin 28 nəfər olduğunu bildirib.

– İyulun 18-də Əndərab şəhərində yerləşən Dərə Cər məntəqəsində Taliban yaraqlıları ilə Əhməd Məsud qüvvələri arasında atışma olub.

– İyulun 19-da Əndərab şəhərində baş verən qarşıdurmalar zamanı Əhməd Məsud qüvvələrinin səhra komandirlərindən olan “Şəkur”, Səmənqan Kəşfiyyat İdarəsinin çevik cavab bölməsinin komandiri “Sadiqullah Əndərabi” və əvvəlki hökumətdə Müdafiə Nazirliyinin xüsusi təyinatlı dəstəsinin üzvü Zübeyr Şüca öldürülüb.

3-Bəlx:

– İyulun 17-də naməlum silahlı şəxslər Məzari-Şərifin 10-cu məhəlləsində “Məhbub şah” adlı yerli nümayəndəni terror ediblər.

– İyulun 19-da Taliban yaraqlıları Məzari-Şərif şəhərində Bəlxab şəhərindən olan 15-dən çox miqrantı Mehdi Mücahid qüvvələri ilə əməkdaşlıq etməkdə ittiham edərək həbs ediblər.

4- Pəncşir:

– İyulun 16-da Şətel şəhərində yerləşən Arzu vadisi və Morqi kəndində Əhməd Məsud qüvvələri ilə Taliban silahlıları arasında toqquşma olub.

– İyulun 18 və 19-da Taliban yaraqlıları Ənabə, Şətel və Dərə şəhərlərindən olan onlarla insanı Əhməd Məsud qüvvələri ilə əməkdaşlıq ittihamı ilə həbs ediblər.

5- Təxar:

İyulun 17-də Bəharək şəhərində yerləşən Çaylı kəndində Taliban silahlılarının maşın yolunda bomba partlaması nəticəsində Talibanın səhra komandirlərindən olan “Mövləvi Mələngyar” öldürülüb və 6 taliban silahlısı yaralanıb.

6- Samanqan:

– İyulun 17-də Taliban silahlıları Aybək şəhərindəki Karte Sülh və Ləbcər ərazi sakinlərinin evlərində axtarış aparıb və Aybək şəhərindən olan keçmiş hökumətin 25-dən çox hərbi qulluqçusunu həbs ediblər.

– İyulun 19-da Aybək şəhərinin Karte Mücahid bölgəsində naməlum silahlı şəxslərlə Taliban silahlıları arasında baş vermiş toqquşma nəticəsində iki naməlum silahlı şəxs öldürülüb.

7- Qəzni:

– İyulun 17-də Azadlar Cəbhəsi qruplaşmasının yaraqlıları Qəzni şəhərinin dördüncü rayonunda Taliban qubernatorluğunun binasına hücum ediblər.

– İyulun 18-də Azadlar Cəbhəsinin Məqər şəhərində yerləşən Şurəkçi kəndində Taliban yaraqlılarına hücumu zamanı Taliban silahlılarının hərbi komissiyasının rəhbəri “Mövləvi Qati” kimi tanınan “Mövləvi Qədim” və tabeliyindəki üç nəfər silahlı məhv edilib.

– İyulun 23-də Azadlar Milli Cəbhəsi qrupu Əndər şəhərinin qubernatoru, Qubernator və Giro şəhərinin təhlükəsizlik qüvvələrinin komandanı bu qrup yaraqlılarının Qəzni vilayətində Taliban mövqelərinə hücumları nəticəsində həlak olduqlarını elan edib.

8- Faryab:

İyulun 16-da Taliban silahlıları Məymənə şəhərində beş vəhhabi alimini həbs edib. Taliban bu şəxsləri vəhhabiliyi tərk etmək öhdəliyi götürdükdən sonra azad edib.

9- Fərah:

İyulun 15-də Fərah hava limanı yaxınlığında naməlum silahlı şəxslərin mülki şəxslərə hücumu zamanı bir mülki şəxs həlak olub, digəri isə yaralanıb.

10- Kabil:

– İyulun 17-də Taliban kəşfiyyat idarəsinin silahlıları bir nəfəri İŞİD qruplaşmasını təbliğ və təşviq etmək ittihamı ilə həbs ediblər.

– İyulun 17-də İranın Kabildəki səfiri “Bahadur Əminiyan” Talibanın xarici işlər naziri “Mövləvi Əmir Xan Müttəqi” ilə görüşüb, söhbət edib.

– İyulun 19-da Kabil şəhərinin 5-ci rayonunda yerləşən şirkətdə Taliban silahlılarının maşın yolunda bomba partlaması nəticəsində üç Taliban yaraqlısı xəsarət alıb, ölənlər var. İŞİD bəyanat yayaraq bu hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

– İyulun 19-da Taliban Kəşfiyyat İdarəsinin Kabilin 11-ci məhəlləsində İŞİD silahlılarının sığınacağına hücumu nəticəsində iki nəfər həlak olub, üç nəfər həbs edilib.

– İyulun 20-də Taliban kəşfiyyatı silahlı qüvvələri Sərubi şəhərində Əbu Xalid kimi tanınan “Laiq” adlı İŞİD üzvünü həbs edib. Bu şəxs şiə məscidlərindən birinə intihar hücumu həyata keçirmək niyyətində olub.

– İyulun 20-də Ədalət və İnkişaf Partiyasının baş katibi “Seyid Cavad Hüseyni” Talibanı tənqid etməkdə ittiham olunaraq Kabil şəhərində həbs edilib.

İŞİD-in Kabil şəhərinin 5-ci rayonunda Taliban yaraqlılarına hücumu ilə bağlı bəyanatı

11- Kunduz:

– İyulun 18-də naməlum silahlı şəxslər Çahar Dərə şəhərində yerləşən Se Dükan kəndində “Qari Amanullah Həqyar” adlı Taliban səhra komandirini qətlə yetiriblər.

– İyulun 21-də Xan Abad şəhərinin Do Rahi kəndində Taliban yaraqlıları arasında daxili qarşıdurma nəticəsində üç Taliban yaraqlısı öldürülüb.

12- Nəngərhar:

İyulun 19-da Əhməd Məsud qüvvələrinin Taliban yaraqlılarının Dərə Nur şəhərindəki postuna hücumu nəticəsində 8 taliban yaraqlısı xəsarət alıb, ölənlər var. Bəzi mənbələr bu hücumu törədənlərin İŞİD qruplaşmasının üzvləri olduğunu qeyd edib.

13- Birləşmiş Millətlər Təşkilatının Əfqanıstandakı Missiyasının (UNAMA) hesabatına görə, 2021-ci ilin avqust ayının ortalarından 2022-ci ilin iyun ayının ortalarına qədər Əfqanıstan müharibəsində mülki itkilər 700 ölü və 1406 yaralıya çatıb. Bu itkilərin əksəriyyəti İŞİD terror qruplaşmasının hücumları ilə bağlıdır.

Pakistan:

1- İyulun 19-da bu ölkənin ticarət nazirinin başçılıq etdiyi Pakistan nümayəndə heyəti Taliban rəsmiləri ilə görüşmək və söhbət etmək üçün Əfqanıstana səfər etdi.

2- İyulun 20-də İŞİD silahlıları Bəlucistan əyalətinin Məstunək bölgəsində Pakistan Kəşfiyyat Təşkilatına bağlı şəxslərdən birini qətlə yetirib.

İŞİD-in Bəlucistan əyalətində kəşfiyyat idarəsinin agentinin öldürülməsi ilə bağlı bəyanatı

Tacikistan:

1- İyulun 21-də Tacikistan prezidenti İmaməli Rəhman Mərkəzi Asiya ölkələri başçılarının Qırğızıstanda keçirilən iclasında Talibanı irqi ayrı-seçkilik siyasətini aparmaqda və inklüziv hökumətin qurulmasına qarşı çıxmaqda ittiham edib.

2- Tacikistan və Türkmənistan ölkələri bu ölkə başçılarının dördüncü iclasında Mərkəzi Asiya ölkələri arasında “Dostluq, mehriban qonşuluq və əməkdaşlıq” müqaviləsini imzalamaqdan imtina ediblər. Qırğızıstan prezident aparatının bəyanatına görə, Tacikistan və Türkmənistan nümayəndə heyətləri bütün daxili prosedurları tamamlayana qədər bu sənədi imzalamaqdan imtina edəcəklərini bildiriblər.

Qırğızıstanda Mərkəzi Asiya ölkələri rəhbərlərinin dördüncü görüşü

3- Tacikistanlı jurnalist Bəxtiyar Səfəraf Xaroq şəhərində və Bədəxşan vilayətinin digər yerlərində qadınların ictimai məkanlarda hökumət qüvvələri tərəfindən zorakılığa məruz qalması barədə məlumat verib.

Özbəkistan:

1- İyulun 18-də Özbəkistan Müdafiə Nazirliyi Əfqanıstan ərazisindən bu ölkənin sərhəd bölgələrinə raket hücumunu təkzib edən bəyanat yayıb.

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.