İnfoqrafiya: Əfqanıstanda Talibana müxalif qruplar
“Əşrəf Qəni”nin prezidenti olduğu Əfqanıstan hökumətinin devrilməsi və “Taliban” qruplaşmasının Əfqanıstan hökuməti üzərində nəzarəti ələ alması ilə ölkənin müxtəlif bölgələrində Talibanla mübarizə məqsədi ilə 14-ə yaxın qrup var olduqlarını bəyan ediblər.
Qeyd edək ki, İŞİD və Ədalət Uğrunda Müqavimət Hərəkatı kimi bu qruplardan bəziləri Əşrəf Qəni hökumətinin devrilməsindən əvvəldə Əfqanıstanda fəaliyyət göstərib.
Əfqanıstandakı anti-Taliban qruplarının siyahısı və təfərrüatları belədir:
1- Ədalət uğrunda Müqavimət Hərəkatı (Əbdül Qəni Əlipurun komandanlığı altında):
2013-ci ildə yaranmışdır. Meydan Vərdək, Qur, Daykəndi, Qəzni, Uruzgan və Bamyan əyalətlərində fəaliyyət göstərir. İslami Vəhdət Hizbinin keçmiş qüvvələrinin bir hissəsidir və Şəhid Əbdül Əli Məzarinin fikirləri yönümlüdür. Etnik mənsubiyyəti: Hezare.
2- İŞİD (İŞİD-in Xorasan qolu):
2015-ci ilin Aprel ayında yaranmışdır. Əfqanıstanın şərq və şimal bölgələrində fəaliyyət göstərir. Cihad zehinli sələfi və vəhhabilik.
3- Əfqanıstan Milli Müqavimət Cəbhəsi (Əhməd Məsuda tabe olan qüvvələr):
2021-ci il Avqustun 15-də yaranmışdır. Pəncşir, Bağlan, Kapisa və Pərvan əyalətlərində fəaliyyət göstərir. Etnik mənsubiyyəti: Tacik.
4- Əfqanıstan Azadlıq Cəbhəsi (keçmiş hökumətin Baş Qərargah rəisi general Yasin Ziaya tabe olan qüvvələr):
2022-ci il Fevralın 4-də yaranmışdır. Təxar, Qunduz və Bədəxşan əyalətlərində fəaliyyət göstərir.
5- Əfqanıstan Azadlar Cəbhəsi:
2022-ci il Fevralın 7-də yaranmışdır. Əfqanıstanın Xost, Kapisa, Kabil, Pərvan və digər əyalətlərində fəaliyyət göstərir. Bu qrup vahid bir rəhbərliyə tabe deyil və Əhməd Məsud qüvvələrinin müttəfiqidir.
6- Türküstan Azadlıq Pələngləri (Əfqan Milli Hərəkat Partiyasının lideri general Əbdül Rəşid Dustəmin oğlu Yar Məhəmməd Dustəmə tabe olan qüvvələr):
2022-ci il Fevralın 8-də yaranmışdır. Cuzcan və Faryab vilayətlərində fəaliyyət göstərir. Etnik mənsubiyyəti: Özbək.
7- Əfqanıstanın Azadlığı Uğrunda Milli İslam Hərəkatı (əvvəlki hökumətdə ordu komandirlərindən olan general Xalid Əzizə tabe olan qüvvələr):
2022-ci il Fevralın 23-də yaranmışdır. Nəngərhar, Kunər və Həlmənd əyalətlərində fəaliyyət göstərir. Etnik mənsubiyyəti: Pəştun.
8- Azadlıq və Xalqmehvərlik Cəbhəsi:
2022-ci il Martın 24-də yaranmışdır. Əfqanıstanın Şiə bölgələrində və mərkəzi əyalətlərində fəaliyyət göstərir. Şəhid Əbdül Əli Məzarinin fikirləri yönümlüdür. Etnik mənsubiyyəti: Hezare.
9- Ali Müqavimət Şurası (İslam Cəmiyyəti partiyasının başçılarından Əta Məhəmməd Nura tabe olan qüvvələr):
2022-ci il Martın 25-də yaranmışdır. Əfqanıstanın şimal və mərkəzi əyalətlərində fəaliyyət göstərir. Etnik mənsubiyyəti: Tacik və Hezara.
10- Əfqanıstan Demokratik Xalq Partiyası: 2022-ci il Aprelin 9-da yaranmışdır. Kabil vilayətində fəaliyyət göstərir. Kommunizm düşüncələri yönümlüdür.
11- Qərbi Nuristan Azadlıq Cəbhəsi:
2022-ci il Aprelin 9-da yaranmışdır. Nuristan vilayətində fəaliyyət göstərir.
12- Azadlıq üsyanı:
2022-ci il Mayın 5-də yaranmışdır. Daykəndi əyalətində yerləşən Səng Təxt şəhərində fəaliyyət göstərir. Şəhid Əbdül Əli Məzarinin düşüncələri yönümlüdür. Etnik mənsubiyyəti: Hezare.
13- Canavar Parçası (Əfqanıstan Milli İslam Hərəkatı Partiyasının lideri general Əbdül Rəşid Dustəmə tabedir):
2022-ci il Mayın 6-də yaranmışdır. Bağlan əyalətinin Bərke şəhərində fəaliyyət göstərir.
14- Vətənpərvər Cəbhəsi:
2022-ci il Mayın 10-da yaranmışdır. Qəzni, Kabil və Hərat vilayətlərində fəaliyyət göstərir.
Son yenilənmə 5 İyul 2022.
Orijinal ölçüdə baxmaq üçün klikləyin
Rəy