İsrail Dəməşqin ətrafına raket hücumu edib + FOTO

Cümə 22 İyul 2022 - 15:17
https://az.iswnews.com/?p=10526

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Sionist rejimi ordusunun Dəməşq ətrafındakı hədəflərə raket hücumu 3 suriyalı hərbçinin şəhid olması, daha 7 əsgərin yaralanması və maddi itkilərin baş verməsi ilə nəticələnib.

Suriya hərbi mənbəsindən verilən məlumata görə, yerli vaxtla saat 00:22-də İsrail ordusu işğal altındakı Qolandan bir neçə raketlə Dəməşq kənarındakı hədəflərə hücum edib və hava hücumundan müdafiə sistemləri raketlərin bir hissəsini vura bilib. Bu hücum 3 Suriya əsgərinin şəhid olması, daha 7 əsgərin yaralanması və maddi ziyanın dəyməsi ilə nəticələnib.

Sionist ordusu iyulun 2-də Livanın Tripoli şəhərinin qərbində Aralıq dənizi istiqamətindən bir neçə raket atıb və Tartusun cənubundakı əl-Həmidiyyə şəhərinin kənarında bir neçə toyuq fermasını hədəf alıb. Bu hücum biri qadın olmaqla iki mülki şəxsin yaralanması və maddi ziyanla nəticələnib.

Daha çox oxuyun: Sionist rejimi Tərtusa hava hücumu edib + FOTO

Hadisə yerindən görüntülər

Suriyanın hava hücumundan müdafiə sistemləri İsrailin raketlərinə qarşı – video

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir