Sionist rejimi Tərtusa hava hücumu edib + FOTO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Suriyanın Tərtus vilayətinin cənubunda yerləşən Həmidiyyə qəsəbəsinin ətrafına İsrail qırıcılarının hücumu nəticəsində iki mülki şəxs yaralanıb.
Suriya hərbi mənbələrinin məlumatına görə, bu gün (şənbə günü) yerli vaxtla saat 06:30 radələrində İsrail qüvvələri Livanın Tripoli şəhərinin qərbindən Aralıq dənizi istiqamətindən bir neçə raket zərbəsi endirib və Tərtusun cənubundakı Həmidiyyə qəsəbəsinin ətrafında yerləşən bir neçə toyuq fermasına hücum edib. Bu hücum bir qadın olmaqla iki mülki şəxsin yaralanması və maddi ziyanla nəticələnib.
Həmçinin iyunun 10-da İsrail ordusu işğal altındakı Qolan təpələrindən bir neçə raketlə Dəməşq hava limanına hücum etmişdir. Bu hücumdan və uçuş-enmə zolaqlarının zədələnməsindən sonra bu hava limanında bütün uçuşlar dayandırılmışdır.
Daha çox oxuyun:
İsrail Dəməşqin cənubuna bir neçə raketlə hücum edib
İsrailin hücumundan sonra Dəməşq hava limanı yenidən açılıb + FOTO
Rəy