Ukrayna cəbhələrində son hərbi vəziyyət, 17 İyul 2022

Bazar ertəsi 18 İyul 2022 - 02:40
https://az.iswnews.com/?p=10384

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Rusiya ordusu ilə Ukrayna ordusu arasındakı münaqişə Donetsk, Xarkov, Zaporojya və Xerson əyalətlərində cəbhə xəttində xüsusi dəyişiklik olmadan davam edir.

Ötən gecə və bu gün səhər saatlarında Rusiya Xəzər dənizi səmasından Tu-22M təyyarələri ilə Ukraynanın Poltava, Vinitsa, Dnepropetrovsk şəhərlərinə və həmçinin Ukraynanın mərkəzində yerləşən Çerkassı şəhərindəki Ukrayna qüvvələrinin mövqelərinə raket hücumları həyata keçirib. Həmçinin, Ukraynanın cənubundakı Nikolayev şəhərinə on raket və Rusiyanın qərbindəki Belqorod vilayətindən isə Xarkov vilayətinə doğru bir neçə “İsgəndər” ballistik raketi atılıb.

Ukraynanın cənub cəbhələri:

Rusiya qırıcıları Ukraynanın cənubunda və cənub-şərqində bombardman, kəşfiyyat və dəstək məqsədilə 200-ə yaxın uçuş həyata keçirib.

Ukrayna hərbi təyyarələri son günlər Xerson vilayətinin şimalında çox fəallaşıb. Bu məsələ Ukraynanın Rusiyanın Novakaxovka və Xerson hava limanındakı mövqelərinə son hücumları ilə yanaşı, bu sahədə Rusiyanın hava hücumundan müdafiə sistemlərinin zəifliyindən xəbər vermirdi.

Zaporojye vilayətində Ukrayna ordusunun bu vilayətin cənub-şərq rayonlarına hücumlarının əksəriyyəti artilleriya vasitəsilə həyata keçirilib və Ukrayna ordusunun Ukraynanın cənub vilayətlərinin geri alınması üçün hazır olduğunu elan etməsinə baxmayaraq, bu istiqamətdə xüsusi aktivlik müşahidə edilməyib.

Ukraynanın şərq cəbhələri:

Rusiyanın Donbas cəbhəsində artilleriya və raket hücumları dünəndən etibarən azalıb və bu hücumların əksəriyyəti Baxmut və Sloyansk şəhərlərinə yönəlib. Münaqişələr əsasən Boqorodiçne bölgəsi və onun ətrafına yönəlib və Rusiya qüvvələri bu istiqamətdə az bir nailiyyətlər əldə edib.

Baxmut istiqamətində quru döyüşləri Baxmutun cənub-şərq tərəfində və Baxmut-Lisiçansk yolu boyunca davam edir.

Xarkov vilayəti cəbhəsi ötən gün Ukrayna qüvvələrinin bir neçə əks-hücumlarının şahidi olub, lakin heç nəyə nail olmayıblar. Bu istiqamətdə də atəş və artilleriya hücumları qarşılıqlı davam edir.

Rusiya ordusunun Xarkov vilayətində Xarkovun şərq rayonlarının təhlükəsizliyini təmin etmək məqsədi ilə genişmiqyaslı əməliyyata hazırlaşdığına dair məlumatlar var ki, hələlik təsdiqini tapmayıb.

Daha çox oxuyun:

131 günlük müharibədən sonra Ukraynada son hərbi vəziyyət

Rusiya Lısiçansk şəhərini nəzarətə götürdü!

99 günlük müharibədən sonra Ukraynada son hərbi vəziyyət

Orijinal ölçüdə baxmaq üçün klikləyin

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir