99 günlük müharibədən sonra Ukraynada son hərbi vəziyyət

Cümə 3 İyun 2022 - 17:55
https://az.iswnews.com/?p=8166

99 günlük müharibədən sonra Ukrayna cəbhələrində son cəbhə dəyişikliklərinə baxış

Ötən həftə Ukraynanın cənubunda, Xerson-Mykolaiv sərhədləri yaxınlığında toqquşmalar şiddətlənib və bəzi döyüş xətləri dəyişdirilib.

Xerson və Mykolaiv vilayətlərinin sərhədləri ətrafında Ukrayna qoşunları Snihurivka ərazisinə dəfələrlə hücum edib, lakin Rusiya qüvvələri hücumları dəf edə bilib. Onlayn Xəritə: Klikləyin

Davydiv Brid bölgəsində, Ukrayna mənbələrinin verdiyi məlumata görə, Ukrayna qüvvələri Bilohirka və Andriivka kəndlərini Rusiya qüvvələrinin əlindən almaq üçün İnhulets çayını keçib. Bu bölgədə Rusiya və Ukrayna qüvvələri arasında toqquşmalar davam edir. Onlayn Xəritə: Klikləyin

Xerson vilayətinin şimalında Ukrayna qüvvələri bir sıra kəndlərə daxil olub. Təbii ki, bundan əvvəl rus ordusu bu kəndlərə nəzarət etmirdi və kəndlər boş idi. Xerson vilayətinin şimalında yerləşən İvanivka, Arxanelske, Vysokopilliya, Myroliubivka, Petrivka və Zolota Balka kəndləri Rusiya qüvvələrinin nəzarəti altındadır və bu ərazilər qarşıdurmaların ön cəbhəsi hesab olunur. Onlayn Xəritə: Klikləyin

Ukraynanın şərqində, Xarkov cəbhəsində rus qoşunları bir sıra kəndləri ələ keçirdilər. Əslində, rus qoşunları ötən ay geri çəkildikləri bir sıra kəndlərə daxil olublar. Beləliklə, Xarkovun şimal-şərqində yerləşən Ternova, Peremoha, Şestakove və Fedorivka kəndləri rus qoşunları tərəfindən geri alındı. Əldə olunan irəliləyişlə Staryi Saltiv bölgəsi üç istiqamətdən mühasirəyə alınıb və bu tendensiya davam edərsə, Ukrayna qüvvələrinin Staryi Saltivdən çıxarılması uzaq görsənmir. Onlayn Xəritə: Klikləyin

Ukraynanın şərqindəki digər üç mühüm cəbhə bir-birini tamamlayan Sorodontsk, İzium və Popasnaya cəbhələridir. Sorodontsk xəttində rus qoşunları Sorodontsk şəhərinin əksər hissəsini nəzarətə götürüb və şəhərin qərb hissəsində təmizləmə işləri davam edir. Onlayn Xəritə: Klikləyin

İzyum bölgəsində, Rusiya hərbi qüvvələri son günlərdə əhəmiyyətli Lyman qəsəbəsini nəzarətə götürdü. Onlayn Xəritə: Klikləyin

Popasnaya xəttində arabir toqquşmalar baş tutur. Rus ordusu və müttəfiqləri Popasnayanın şimalına, qərbinə və cənubuna doğru irəliləyərək bu ox boyunca xətləri genişləndirə bildilər, lakin irəliləyiş sürətli deyil. Onlayn Xəritə: Klikləyin

Ukraynanın cənub-şərqindəki digər cəbhələrdə ciddi dəyişiklik baş verməyib və cəbhə xəttində arabir toqquşmalar davam edir.

Ümumiyyətlə, Rusiyanın Ukraynanın şərqində və cənubunda irəliləyişi və tərəqqisi ləng gedir, lakin Rusiya ordusunun üstünlüyü var. Şəhər münaqişəsi və böyük miqdarda artilleriya və bombardman nəticəsində hər iki tərəfdən itkilər çox yüksəkdir. O qədər ki, Ukrayna prezidenti Vladimir Zelenski də bunu etiraf edib. Onun sözlərinə görə, şərq cəbhələrində hər gün Ukrayna ordusunun 100-ə yaxın üzvü həyatını itirir və yaralıların sayı gündə 500-ə çatır. Lakin rus ordusunun atəşlərinin cəbhə xətti boyunca üstünlüyünü nəzərə alsaq, rusların itkiləri məntiqi olaraq Ukrayna ordusundan daha azdır.

Daha çox oxuyun:
77 günlük müharibədən sonra Ukraynada son hərbi vəziyyət
Ukraynanın şərqindəki münaqişələrin son vəziyyəti, 24 May 2022

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir