Tacik Talibanı quruldu!

Bazar 17 İyul 2022 - 12:17
https://az.iswnews.com/?p=10366

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Talibanın Tacik komandirlərindən olan Mehdi Arslan Əfqanıstanın şimalında Talibanın “Təhrik” adlı Tacik qolunu (TTT) qurub.

Mehdi Arslanın başçılıq etdiyi Əfqanıstandakı tacik Taliban yaraqlıları Tacikistan hökumətinə qarşı silahlı mübarizə aparmaq məqsədi ilə Talibanın Təhrik adlı Tacik qolunu (TTT) yaradıblar. Bu şəxslər Tacikistanın “Ənsarullah Xalqı” qrupunun keçmiş üzvləri idi ki, Taliban Əfqanıstanda hakimiyyətə gəldikdən sonra bu qruplaşmanı dəstəklədi və Talibanın Tacik qolunu yaratdılar.

Yerli mənbələrin açıqlamalarına görə, Mehdi Arslanın əmri altında olan silahlı şəxslərin sayı 250 nəfərdən artıqdır ki, onların da hamısı Tacikistan vətəndaşıdır və onların əksəriyyəti təhlükəsizlik və terror səbəbilə Tacikistan hökuməti tərəfindən axtarışdadır. Mehdi Arslan Əfqanıstan Taliban təşkilatında Bədəxşan vilayətinin beş sərhəd rayonunun (şəhərinin) qubernatoru təyin edilib və Əfqanıstanın Tacikistanla sərhədlərinə nəzarətə cavabdehdir. Bu silahlı şəxslər hər gün nəzarət qüllələrində və sərhəd məntəqələrində Tacikistan hökumətinin əleyhinə şüarlar səsləndirir və tacik hərbçilərini İmaməli Rəhman hökumətinə qarşı mübarizəyə dəvət edirlər.

“Mehdi Arslan” kimi tanınan “Məhəmməd Şərifov” Tacikistanın Bədəxşan Muxtar Vilayətinin Nurabad şəhərinin sakini və “ Tacikistan Ənsarullah xalqı” qruplaşmasının keçmiş üzvüdürki, son səkkiz il ərzində Tacikistan hökuməti tərəfindən terror fəaliyyətində ittiham olunaraq axtarışdadır.

Daha çox oxuyun:

İŞİD Tacikistanla sərhəd bölgələrə raket zərbələri endirib

Tacikistan, Rusiya və Amerika arasında yeni rəqabət meydanı

Orta Asiyada Şərq və Qərb dövlətləri arasındaki münaqişənin nəticələri barəsində araşdırma

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir