Əfqanıstan, Tacikistan, Pakistan və Kəşmirdə baş verən son hadisələr, 15 İyul 2022

Şənbə, 16 İyul 2022 - 11:11
https://az.iswnews.com/?p=10299

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Əhməd Məsud qüvvələri ilə Taliban yaraqlıları arasında toqquşmalar Bağlan vilayətinin Fərəng, Dəh Salah və Əndrab şəhərlərində və Pəncşir vilayətinin Xənc şəhərində davam edir.

1- Bamyan:

– İyulun 8-də Taliban silahlıları Qəndək bölgəsində Taliban qubernatoru Molla Abdullah Sərhədiyə uğursuz sui-qəsddə ittiham olunaraq altı nəfəri həbs ediblər.

– İyulun 11-də Yekavələng şəhərində Taliban qubernatoru “Molla Abdullah Sərhədhi” Bəlxəb şəhərinin qaçqınlarına humanitar yardımın paylanmasının qarşısını alıb.

– İyulun 12-də Taliban silahlıları Bamyan şəhərinin Polad vadisində bir xarici turisti və iki mülki şəxsi atəş açmaqda ittiham edərək həbs ediblər.

2- Bağlan:

– İyulun 10-da Bəryali Sənginin komandanlığı altında Əhməd Məsudun qüvvələri Xostofərəng qubernatorluqlarına hücum edib. Bu hücumda Həlmənd Mücahidlərinin Qırmızı Briqadasının komandiri Qari Səbrullah da daxil olmaqla 11 Taliban yaraqlısı öldürülüb, yaralılar var.

– İyulun 11-də Əhməd Məsud qüvvələrinin Əndərb şəhərinin Bənu bölgəsində yerləşən Ləğək kəndinə hücumu nəticəsində iki Taliban yaraqlısı öldürülüb.

– İyulun 12-də cənub əyalətlərindən göndərilmiş silahlı taliban karvanı Əhməd Məsud qüvvələri ilə döyüşmək üçün Əndərb və Xostofərəng şəhərlərinə daxil olub.

– İyulun 13-də Taliban yaraqlıları Xostofərəng şəhərində 30-dan çox mülkü şəxsi Əhməd Məsud qüvvələri ilə əməkdaşlıq etməkdə ittiham edərək həbs ediblər.

– İyulun 13-də Əhməd Məsud qüvvələrinin Xostofərəng şəhərinə hücumu nəticəsində 11 Taliban yaraqlısı öldürülüb, yaralılar var.

– İyulun 14-də Taliban müdafiə naziri Molla Yaqub Mücahid Əndərb şəhəri cəbhəsindəki gedən döyüşü idarə etmək üçün bu əraziyə səfər edib.

– İyulun 14-də Dəh Salah şəhərinin Kase Təraş və Car-dərə kəndlərində Taliban ilə Azadi qüvvələri arasında baş verən qarşıdurma nəticəsində 12 Taliban yaraqlısı öldürülüb, yaralılar var.

3-Bəlx:

İyulun 14-də İŞİD Bəlx şəhərində bir Taliban yaraqlısını ələ keçirdikdən sonra başını kəsərək öldürüb.

İŞİD tərəfindən əsir götürüldükdən sonra öldürülən Taliban üzvünün şəkli.

4- Pəncşir:

– İyulun 10-da Taliban əsilli pəştun yaraqlıları 20-dən çox ailəni, o cümlədən Əhməd Məsud qüvvələrinin səhra komandirlərindən biri olan Komandir Məlikin ailəsini Dərə şəhərini tərk etməyə məcbur ediblər.

– İyulun 11-də Bazark şəhərində Pəştun silahlıları Taliban təhlükəsizlik komandirinin müavini “Abdul Həmid Xorasaninin” üç adamını pakul papağı (yerli tacik papağı) geyinmək cinayətinə görə həbs ediblər.

– İyulun 11-də Taliban təhlükəsizlik komandirinin müavini Əbdül Həmid Xorasani bu qruplaşmanın Helmənd əsilli pəştun yaraqlılarını etnik və linqvistik qərəzlərinə görə tənqid edib və adamlarının azad edilməsi üçün Taliban hakimiyyətinin vasitəçiliyini tələb edib.

– İyulun 14-də Xənc şəhərində Əhməd Məsud qüvvələri ilə Taliban yaraqlıları arasında toqquşma olub. Bu münaqişə zamanı yüzdən çox Taliban yaraqlısı bir neçə saat Əhməd Məsud qüvvələrinin mühasirəsində qalıb.

5- Təxar:

İyulun 12-də Talibanın tacik komandirlərindən olan Movləvi Əzizin həbsindən və Təxar əyalətində daxili mübahisələrin yaranmasından sonra Vərsəc və Xacə Bəhauddin bölgələrində yerləşən Tərşt məntəqəsində tacik və özbək əsilli Taliban yaraqlıları ilə pəştun silahlıları arasında toqquşma olub. Bu toqquşmalarda ümumilikdə 24 nəfərin öldüyü və yaralıların olduğu bildirilir.

6- Kabil:

– İyulun 10-da Taliban silahlıları Kabil şəhərinin üçüncü rayonunda yerləşən Noabad, Qul Abçəqan, Dəhmzənq və Bağış Vəhş sakinlərinin evlərində axtarış aparıblar.

– İyulun 13-də naməlum silahlı şəxslər Kabil şəhərində Sələfi Alimlər Şurasının rəhbəri Şeyx Sərdar Vəli Saqibə sui-qəsd təşkil ediblər.

– İyulun 14-də naməlum silahlı şəxslər Pəgman şəhərində 7 mülki şəxsi güllələyiblər.

7- Qəzni:

İyulun 10-da Azadələr Cəbhəsinin silahlıları Mənar kəndində Əndər şəhərinin kəşfiyyat rəisi “Möləvi Seyf Xalid” kimi tanınan “Mövləvi Şərif”ə sui-qəsd təşkil ediblər.

– İyulun 13-də naməlum silahlı şəxslər Qəzni şəhərinin altıncı rayonunda iki dinc sakini güllələyiblər.

8- Kunduz:

– İyulun 11-də Xan-Abad şəhərinin Əndərabiha kəndinə Əhməd Məsud qüvvələrinin hücumu zamanı bir Taliban səhra komandiri və onun tabeliyində olan bir neçə silahlı şəxs öldürülüb.

– İyulun 15-də Taliban yaraqlıları İmam Sahib şəhərinin Qəncağa kəndində İŞİD üzvlərinin sığınacağını aşkar etdikdən sonra bu qrupun üç üzvünü öldürüblər.

İŞİD üzvlərinin İmam Sahib şəhərində gizləndiyi yerin şəkilləri

9- Vərdək Meydanı:

İyulun 13-də Əfqanıstan Milli və İslami Hərəkatının silahlıları Maydan-Şəhr şəhərində Taliban Polis Təlim Mərkəzinin inzibati köməkçisi Movlvi Bəşirə sui-qəsd təşkil ediblər.

10- Hərat:

Vətənpərvər Cəbhəsi qruplaşmasının silahlıları Hərat şəhərinin birinci rayonunda Taliban yaraqlılarını daşıyan avtomobilə hücum edərək 10 taliban üzvünü öldürdüklərini iddia ediblər.

11- Əfqan Jurnalistlər Mərkəzi Taliban yaraqlılarının indiyədək Hərat, Kapisa, Paktiya və Daykəndi əyalətlərində dörd əfqan jurnalisti həbs etdiyini açıqlayıb.

12- İyulun 12-də Əfqanıstan Milli Müqavimət Cəbhəsinin komandanı Əhməd Məsud mediaya müsahibəsində Əfqanıstanda mövcud problemin həllinin müharibə deyil, siyasi məsləhətləşmələr olduğunu söyləyib. O, həmçinin Əfqanıstan hökumətinin süqutuna və əfqan xalqının səfalətinə görə Amerika hökumətinin yanlış planlarını günahlandırıb.

13- Dünya Hindistanlıları Assosiasiyasının rəhbəri Punit Sing Əfqanıstanda yaşayan 21 nəfərdən ibarət 1 qrup “Sik”linin Kabildən qovulduğunu açıqlayıb. Bundan əvvəldə 11 əfqan sikli xüsusi hava reysilə Hindistana aparılıb.

14- Tacikistan:

Tacikistan hökumət rəsmilərinin bildirdiyinə görə, 200-dən çox Tacikistan vətəndaşı “Tacik Talibanı” kimi tanınan Talibanın sıralarındadır.

15- Pakistan:

– İyulun 13-də İmran Xanın rəhbərlik etdiyi Tehrik-Insaf partiyası Pəncab əyalətinin 20 seçki dairəsində aralıq seçki kampaniyasına başlayıb. İmran Xan Bəhakar şəhərinin kənarındakı Dərya-Xan qəsəbəsində keçirilən mitinqdə iştirak edib və seçkiləri həqiqi müstəqillik müharibəsi və Amerika sui-qəsdinə qarşı cihad adlandırıb.

– İyulun 14-də Bəlucistan Azadlıq Ordusu terror qruplaşmasının yaraqlıları Bəlucistan əyalətinin Ziarət bölgəsində “Laiq Baiq Mirzə” adlı pakistanlı zabiti qaçırıblar.

– İyulun 14-də Sind vilayətinin sakinləri pəştunlara qarşı etiraz aksiyaları keçirərək onları terrorçu adlandırıb və bu əyalətdə yaşayan yüzlərlə pəştunu döyüb və onları bu əraziləri tərk etməyə məcbur ediblər.

16- Kəşmir:

İyulun 14-də Sirinaqar şəhərində İŞİD-in hind əsgərlərinə hücumu nəticəsində 3 Hindistan əsgəri həlak ölub, 4-ü isə yaralanıb.

İŞİD-in Kəşmirdə Hindistan əsgərlərinə hücumu ilə bağlı açıqlaması

Paylaş:
Rəy
  • Rəyləriniz "İslam Dünyası Xəbərləri" xəbər portalının redaktorları tərəfindən təsdiqləndikdən sonra saytda dərc olunacaq.
  • Rəylər bölməsində iftira, yalan və nalayiq sözlərdən ibarət rəylər dərc olunmayacaq.
  • Müvafiq xəbərə aidiyyatı olmayan rəylər dərc olunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.