Əfqanıstan və Pakistanda baş verən son hadisələr, 10 İyul 2022

Bazar ertəsi 11 İyul 2022 - 08:28
https://az.iswnews.com/?p=10138

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İŞİD terror qruplaşması əməliyyatçısının 207-ci Əl-Faruq Taliban qüvvələrini daşıyan avtobusa hücumu nəticəsində 20 nəfər ölüb və yaralılar var.

1- Uruzgan:

– İyulun 6-da naməlum silahlı şəxslər Leblan kəndində əvvəlki hökumətdə Dehravud şəhərinin qubernatoru olmuş “Şir Ağanı” qətlə yetiriblər.

2- Bamyan:

– İyulun 2-də Bamyan şəhərində Taliban yaraqlıları xeyriyyə fondlarından Bəlxab şəhərinin məcburi köçkünlərinə humanitar yardımın paylanmasının qarşısını alıblar.

– İyulun 3-də Talibanın “Yaxşılığa dəvət və Pis əməldən çəkindirmək” şöbəsinin işçiləri Bamyan Universitetində Şiə tələbələri mürtəd adlandıraraq təhqir ediblər. Həmçinin bu məsələyə etiraz edən tələbələr Taliban silahlıları tərəfindən həbs edilib.

– İyulun 6-sı və 7-də Taliban yaraqlıları Bamyan şəhərinin Şeş Qav körpüsü ərazisində beş mülki vətəndaşı Mövləvi Mehdi Mücahid yaraqlıları ilə əməkdaşlıq etməkdə ittiham edərək həbs ediblər.

3- Bağlan:

– İyulun 6-da Əhməd Məsud qüvvələrinin Xostofərəng şəhərində yerləşən Çarxofələk vadisində Taliban yaraqlılarına hücumu nəticəsində qubernator müavini Molla Bəhauddin də daxil olmaqla 5 taliban üzvü öldürülüb və daha iki nəfər yaralanıb.

– İyulun 6-da Taliban yaraqlıları Xostofərəng şəhərində yerləşən Dərə Pəşei, Lervan, Kəzər, Dərə Çarx va Fələk və Səçi Bala kəndlərində Əhməd Məsud qüvvələri ilə əməkdaşlıq etməkdə ittiham edilərək 55-dən çox mülki vətəndaşı həbs edib.

– İyulun 7-də Əhməd Məsudun qüvvələri Xostofərəng şəhərindəki Dərə Səçi keçid məntəqəsini ələ keçirib.

Video: Əhməd Məsudun qüvvələri Səçi keçid məntəqəsində

4- Pəncşir:

– İyulun 4-də Taliban əsilli puştun yaraqlıları Əhməd Məsud qüvvələri ilə əməkdaşlıqda ittiham olunaraq Xənc şəhərinin informasiya direktoru “Qari Həsibullah Həbibi” və Roxe şəhərinin informasiya direktoru “Molla Şəmsuddin”i həbs ediblər.

– İyulun 6-da Şətel şəhərində yerləşən Arzu vadisində Əhməd Məsud qüvvələrinin Taliban yaraqlılarına hücumu nəticəsində 6 Taliban yaraqlısı öldürülüb və yaralanıb.

İyulun 7-də Əhməd Məsud qüvvələrinin Bazarək şəhərində yerləşən Melspəh kəndində Taliban mövqelərinə hücumu nəticəsində 12 taliban yaraqlısı öldürülüb və yaralanıb.

5- Pəktya:

İyulun 3-də Milli Azadlıq Cəbhəsi qüvvələrinin Əhmədabad şəhərinin Bənd Çağlu bölgəsinə hücumu nəticəsində 6 taliban yaraqlısı öldürülüb.

6-Cuzcan:

İyunun 30-da Cuzcan əyalətinin mərkəzi Şəbirqan şəhərinin kənarında yerləşən Misrabad bölgəsində Taliban Hərbi Hava Qüvvələrinə məxsus helikopterin qəzaya uğraması nəticəsində bir bort mühəndisi və iki pilot da daxil olmaqla üç nəfər ölüb, yeddi nəfər yaralanıb. Taliban hadisəni təkzib edib.

7- Sərpol:

İyulun 2-də Balxab şəhərinin sakinləri bu ərazinin ətrafındakı dağlarda bir günlük körpənin öldüyünü iddia ediblər.

– İyulun 6-da Birləşmiş Millətlər Təşkilatının Humanitar Yardımın Koordinasiyası İdarəsi bəyan edib ki, Bəlxab şəhərində Taliban yaraqlılarının daxili qarşıdurması nəticəsində 27 min mülki şəxs didərgin düşüb.

8- Səmənqan:

İyulun 6-da Aybək şəhərinin ikinci məhəlləsində naməlum silahlı şəxslər əvvəlki hökumətin “Kərim” adlı cihad komandirlərindən birini sülh şəraitində güllələyiblər.

9- Kabil:

– İyulun 2-də Taliban yaraqlıları Kabil şəhərinin 11-ci məhəlləsində yerləşən Şətel yolunda əvvəlki hökumətdə icraçı direktorun müşaviri olan “Davud Şah Mətin”i həbs ediblər.

– İyulun 6-da Kabilin 11-ci məhəlləsində yerləşən Əncirək məhəlləsində Taliban yaraqlılarının postuna və maşınına naməlum silahlı şəxslərin hücumu nəticəsində 13 Taliban yaraqlısı öldürülüb və yaralanıb.
– İyulun 7-də prezident sarayında Taliban yaraqlıları arasında baş verən daxili qarşıdurma nəticəsində ondan çox Taliban yaraqlısı öldürülüb və yaralanıb.

İyulun 7-də Kabil şəhərində naməlum silahlı şəxslər “Mövləvi Əbdül Quddus” adlı mötədil din alimi və onun oğlunu qətlə yetiriblər.

Video: Kabildəki prezident sarayında Taliban yaraqlıları arasında toqquşma

10- Qunduz:

İyulun 5-də Qunduz şəhərində Taliban yaraqlılarını daşıyan avtomobildə bombanın partlaması nəticəsində 4 Taliban üzvü yaralanıb.

11- Nəngərhar:

– İyulun 2-də Nəngərhar əyalətinin Şahbazaxel kəndində Osman Zülnureyn məktəbinin şagirdlərinin toplaşdığı yerə əl qumbarasının atılaraq partlaması nəticəsində 8 nəfər xəsarət alıb.

İyulun 2-də Nəngərhar şəhərinin dördüncü rayonunda yerləşən Röşən Mena kəndində Taliban yaraqlılarının kəşfiyyat-hərbi əməliyyatı nəticəsində 7 İŞİD üzvü öldürülüb və ya həbs edilib.

İyulun 6-da Dəronte bölgəsinin sakinləri Nəngərhar şəhərinin Dəronte su kanalından 100-dən çox insanın cəsədini tapıblar. Deyilənə görə, Taliban silahlıları İŞİD-ə üzv olmaq ittihamı ilə bu şəxslərin başlarını kəsərək güllələyiblər.

12- Hərat:

– İyulun 4-də Herat şəhərində silahlı şəxsin 207-ci Əl-Faruq Taliban qüvvələrini daşıyan avtobusa əl qumbarası ataraq atəş açması nəticəsində hücumçu da daxil olmaqla 20 nəfər ölüb və yaralanıb. Bu hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

İyulun 7-də Herat şəhərində Taliban yaraqlılarını daşıyan avtobusa İŞİD-in hücumu nəticəsində yaralanan “Ətiq” adlı taliban pilotlarından biri ölüb.

Taliban qüvvələrini daşıyan avtobusa silahlı hücumun görüntüləri

13- Hindistan xarici işlər nazirinin müavini “Vinay Kvatra” İran xarici işlər nazirinin müavini “Əli Baqeri Kəni” ilə buğdanın İran üzərindən Əfqanıstana nəqli ilə bağlı müzakirə aparıb. Hindistan mediası bu yaxınlarda Hindistandan Əfqanıstana göndərilən külli miqdarda buğdanın Pakistanda oğurlandığını iddia edib.

14- Pakistan:

– İyulun 2-də Pakistanın keçmiş baş naziri İmran Xanın minlərlə tərəfdarı bu ölkənin paytaxtı İslamabadda nümayiş keçirib.

– İyulun 2-də Pakistan Ordusu Şimali Vəziristanın Qulam Xan bölgəsində üç Taliban (TTP) yaraqlısını həbs edərək Talibana qarşı hərbi əməliyyatları bərpa edib.

– İyulun 6-da “Səhabə Ordusu” terror qruplaşmasının silahlıları Pəncab əyalətinin Hənqu şəhərində “Seyyid Zühur Aləm” adlı mülki şiəni şəhid ediblər.

İyulun 7-də Xeybər-Pəxtunxva əyalətinin Mərdan rayonunda polis məntəqəsində baş verən partlayış nəticəsində bir Pakistan polisi ölüb, dörd nəfər yaralanıb. Pakistanın Təhrik-e-Taliban qrupu bu hücumda əsas şübhəli sayılır.

Video: Pakistanın Mərdan bölgəsində polis bölməsində partlayış

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir