Taliban - İslam Dünyası Xəbərləri

Cümə axşamı 20 İyul 2023 - 13:27

Orta Asiyada baş verən son hadisələr, 20 İyul 2023

Pakistanın baş naziri Şahbaz Şərif bəyan edib: “Mənim hökumətim federal parlamentin səlahiyyət müddətinin bitməsinə az qalmış hakimiyyəti başqa bir müvəqqəti hökumətə təhvil verəcək. Pakistanın Seçki Komissiyası sentyabr və ya oktyabrda növbəti parlament seçkilərinin tarixini elan edəcək”.

Bazar 9 İyul 2023 - 09:33

Taliban Əl-Qaidə üzvlərini Amerikaya satdı!

ABŞ prezidentinin son açıqlamaları onların Əl-Qaidənin yüksək rütbəli üzvləri ilə bağlı Talibanla sövdələşmələrinin daha bir sübutudur. Bu məsələ ona gətirib çıxarıb ki, Taliban müxalifəti onları Amerikanın Vaqneri hesab edərək, tənqid ediblər.

Bazar 2 İyul 2023 - 10:46

Molla Ömərin oğlu Bin Salmanı ziyarət etdi

Taliban hökumətinin müdafiə naziri Moləvi Məhəmməd Yaqub Mücahid Həcc ziyarətində iştirak etmək üçün Səudiyyə Ərəbistanına səfəri zamanı bu ölkənin vəliəhdi Məhəmməd bin Salman ilə öncədən elan olunmamış görüşdə görüşüb və ümumi maraq doğuran məsələləri müzakirə edib. Hələlik Moləvi Məhəmməd Yaqub Mücahidin bin Salman ilə söhbətinin dəqiq təfərrüatları dərc olunmayıb, lakin o, yəqin ki, bu görüşdə […]

Çərşənbə 21 İyun 2023 - 19:14

Odun qaçaqmalçılığı ilə bağlı Taliban daxilində qarşıdurma yaşanıb!

Əfqanıstanın Kunar əyalətinin mərkəzi Əsədabad şəhərində Taliban silahlıları arasında baş verən daxili qarşıdurma nəticəsində kəşfiyyat və təhlükəsizlik komandanlığının və Taliban qubernatorluğunun bir neçə silahlısı öldürülüb və yaralanıb. Bu daxili münaqişənin səbəbi Kəşfiyyat İdarəsinin silahlı şəxslərinin və Taliban təhlükəsizlik komandanlığının Kunarda Taliban qubernatoru tərəfindən odun qaçaqmalçılığının qarşısının alınmasıdır.

Çərşənbə 21 İyun 2023 - 08:26

İnfoqrafik: Talibanın Əfqanıstan qonşuları ilə sərhəd münaqişələri

Taliban silahlıları 2021-ci ilin avqustundan Əfqanıstanda hökumətə nəzarəti ələ keçirdikdən sonra Əfqanıstanın qonşuları ilə azı 26 dəfə toqquşub. Bu münaqişələr onlarla iranlı, pakistanlı, əfqan və digər mülki şəxslərin və sərhədçilərin həlak olması və yaralanması ilə nəticələnib.

Bazar 18 İyun 2023 - 17:52

Məqalə: Taliban və terrorizmin ögey qardaşlığı

Taliban və terrorçu qrupların, o cümlədən Əl-Qaidə və Təhrik-e-Taliban Pakistan (TTP) və s. əməkdaşlığı təkcə Əfqanıstanda onlara əsas hökumət vəzifələrinin verilməsi ilə məhdudlaşmır. Belə ki, ölkənin daxili işlər naziri, Taliban hökuməti və Taliban – Əl-Qaidə əlaqələrinin yüksək səviyyəli tərəfdarı Siracuddin Həqqani, Əfqanıstandakı terror qruplaşmalarının ailələrinə əfqan doğum şəhadətnamələri və pasportları, daha yaxşı yaşamaq üçün onlara Əfqanıstanın bəzi bölgələrində torpaq, aylıq maaş və digər imkanlar verib.

Ən Çox Müzakirə Olunan