Sistan və Bəlucistan yol polisinə silahlı hücum olub + FOTO
İran İslam Respublikasının Sistan və Bəlucistan vilayətində yerləşən Xaş-Təftan yolunda naməlum şəxslərin yol polisi maşınına hücumu nəticəsində 4 nəfər şəhid olub.
İran İslam Respublikasının Sistan və Bəlucistan vilayətində yerləşən Xaş-Təftan yolunda naməlum şəxslərin yol polisi maşınına hücumu nəticəsində 4 nəfər şəhid olub.
Ceyş Əl-Ədl kimi tanınan terror qruplaşması üzvlərinin 16 saylı Zahedan Polis Bölməsinə hücumu və polis qüvvələrinin onlara qarşı həyata keçirdiyi əks əməliyyatın tam videosu yayılıb.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qərargahı 16-cı Zahedan Polis Bölməsinə silahlı hücumun bütün icraçılarının öldürüldüyünü açıqlayıb.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İran İslam Respublikasının Sistan və Bəlucistan əyalətinin sərhəd qoşunlarının komandiri briqada generalı Rza Şucai əyalətin orta sərhədlərində İran sərhəd mühafizə qüvvələri ilə terrorçu qruplaşma silahlıları arasında silahlı qarşıdurmanın baş verdiyini açıqlayıb.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, terrorçu və separatçı qruplaşmaların İranın cənub-şərqində yerləşən Səravan şəhərinin sərhəd bölgələrinə hücumlarından sonra SEPAH və Bəsic qüvvələrinin dörd üzvü şəhid olub.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İranın Sistan və Bəlucistan əyalətinin məşhur sünni alimlərindən olan Moləvi Əbdulvahid Rigi naməlum şəxslər tərəfindən oğurlanaraq şəhid edilib.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İranın Sistan və Bəlucistan əyalətinin Zahidan şəhərində naməlum silahlı şəxslər İslam İnqilabı Keşikçiləri Korpusunun Salman Korpusunda fəaliyyət göstərən iki əməkdaşını, polkovnik Mehdi Mollaşahi və Cavad Kixanı bu şəhərin Sosial Müdafiə meydanında qətlə yetiriblər.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyinin məlumatına görə, separatçı silahlıların Zahidan şəhərində polis qüvvələrinin qərargahına təşkil etdiyi və şəhərdə xaosa səbəb olan terror aktı nəticəsində 19 nəfər ölüb, 32-dən çox insan yaralanıb.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Sistan və Bəlucistan əyalətinin şimalındakı Hirmənd şəhərində naməlum silahlı şəxslərin İran sərhəd postlarına hücumu nəticəsində “Məhəmməd Səyyad” adlı iranlı sərhədçi şəhid olub.