Zahedandakı terror hücumunun sonu; Terrorçular öldürülüb + FOTO

Şənbə 8 İyul 2023 - 14:03
https://az.iswnews.com/?p=24105

İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qərargahı 16-cı Zahedan Polis Bölməsinə silahlı hücumun bütün icraçılarının öldürüldüyünü açıqlayıb.

Bu qərargahın verdiyi məlumata əsasən, bu gün səhər saatlarında 16-cı Zahedan Polis Bölməsinə daxil olmaq istəyən 4 terrorçu polis qüvvələrinin şiddətli müqaviməti ilə üzləşib. Onların hamısı öldürüldükdən sonra istədikləri kor-koranə terror aktı nəticə verməyib.

16 saylı Polis Bölməsində səhər saat 9:30-a qədər davam edən qarşıdurma zamanı baş leytenant Əlirıza Kixa və Mobin Rəşidi adlı əsgər də daxil olmaqla iki polis əməkdaşı şəhid olub, hücum edənlərdən ikisi də öldürülüb. Həmçinin, mühasirədə olan polis bölməsi qülləsində polis məmurları və bölgəyə göndərilən yardımçı qüvvələrlə qarşıdurmada daha iki hücumçu öldürülüb. Buna görə də bütün hücum edənlərin öldürülməsi ilə 16 saylı Zahedan Polis Bölməsinə edilən terror aktı başa çatıb.

Daha çox oxuyun:
İranın Zahedan Şəhər Polis Bölməsinə terror hücumu olub + FOTO və VİDEO
Moləvi Əbdül Həmid: 16 saylı Zahedan Polis Bölməsinə hücum edənlərlə heç bir əlaqəm yoxdur

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir