İran İslam Respublikası - İslam Dünyası Xəbərləri

Şənbə 15 Oktyabr 2022 - 11:54

Astanada Azərbaycan və İran Prezidentləri arasında görüş baş tutub + FOTO

“İslam dünyası xəbərləri” informasiya agentliyi xəbər verir ki, 13 oktyabr tarixində Qazaxıstanın paytaxtı Astanada keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və İran İslam Respublikası Prezidenti Ayətullah Seyid İbrahim Rəisi görüşüblər.

Şənbə 24 Sentyabr 2022 - 14:32

İrandakı iğtişaşların pərdə arxası

İran İslam Respublikasında baş verən son hadisələrə görə əzizlərin başa düşülən narahatlıqları hiss olunur. Qeyd edək ki, belə hadisə İranda ilk dəfə baş vermir.

Cümə axşamı 11 Avqust 2022 - 14:42

Rəisi: İran regionun siyasi coğrafiyasında heç bir dəyişikliyi qəbul etmir

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi Əl-Aləmə istinadən xəbər verir ki, İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi dünən 10 avqust tarixində Ermənistanın Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı zamanı deyib: İran İslam Cümhuriyyəti regionun siyasi coğrafiyasında hər hansı dəyişikliyi qəbul etmir. Həmçinin Qafqaz regionunda sülh və sabitliyin bərqərar olması və onun inkişafı üçün bütün imkanlarından istifadə etməyə hazırdır.

Cümə 1 İyul 2022 - 21:55

Azərbaycan ordusu hazırlıq vəziyyətindədir, İranla sərhəd bağlandı

Məlumatlı mənbələr bildirirlər ki, Azərbaycanın Naxçıvan Muxtar Respublikası iyulun 1-i, cümə günü səhər saatlarından etibarən Culfada quru sərhədini İran vətəndaşlarının Azərbaycana girişi və çıxışı üçün qeyri-müəyyən müddətə kimi bağlayıb.

Bazar 8 May 2022 - 19:31

Suriya prezidenti və nümayəndə heyətinin İnqilab Rəhbəri ilə görüşü + FOTO

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Xamenei bu gün (bazar günü) Suriya prezidenti Bəşər Əsəd və onu müşayiət edən nümayəndə heyətini qəbul edib. Bu görüşdə İmam Xamenei İslam Müqaviməti, Suriya xalqı və dövlətinin beynəlxalq müharibədə qələbə çalmasının Suriyanın etibar və izzətinin artmasına səbəb olduğunu bildirərək deyib: İran prezidenti və hökümətinin bu sahədə yüksək əhval-ruhiyyə və qətiyyətə sahib olması Suriya ilə əməkdaşlığı genişləndirmək üçün böyük potensialdır və iki ölkə arasında münasibətlərin əvvəlkindən daha da yaxşılaşdırılmasına səy göstərilməlidir.

Cümə axşamı 5 May 2022 - 11:52

İlahiyyatçıdan Azərbaycan Prezidentinə cavab + VİDEO

“İslam Dünyası Xəbərləri” informasiya agentliyinin verdiyi xəbərə görə, ilahiyyatçı və ictimai fəal Əkrəm Hacızadə, ona mənsub olan Ar-Rad TV Youtube kanalında Azərbaycan Prezidenti İlham Əliyevin “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda səsləndirdiyi bəzi ittihamlara cavab verib.

Bazar ertəsi 11 Aprel 2022 - 02:31

İran AES inşa edir

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi APA-ya istinadən xəbər verir ki, İran İslam Respublikası atom elektrik stansiyası inşa edir.

Şənbə 9 Aprel 2022 - 06:29

Ərdəbilin İmam Cüməsi azad ticarət zonası ilə bağlı İmam Xameneiyə müraciət edib

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi APA xəbər agentliyinə istinadən xəbər verir ki, İran İslam Respublikasının Ali Dini liderinin Ərdəbil əyaləti üzrə nümayəndəsi Seyyid Həsən Ameli Azərbaycanla sərhəddə yaradılması nəzərdə tutulan Ərdəbil azad ticarət zonası ilə bağlı İmam Xameneiyə müraciət edib.

Ən Çox Müzakirə Olunan