İran AES inşa edir

Bazar ertəsi 11 Aprel 2022 - 02:31
https://az.iswnews.com/?p=4919

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi APA-ya istinadən xəbər verir ki, İran İslam Respublikası atom elektrik stansiyası inşa edir.

Bunu İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami deyib.

O bildirib ki, İran mütəxəssislərinin tikəcəyi 360 meqavatlıq stansiya ölkənin nüvə fəaliyyəti tarixində qızıl səhifə açacaq: “Bu stansiyanı iranlı mütəxəssislər vasitəsilə tikməklə AES inşa edən ölkələr sırasında yer alacağıq”.

Onun sözlərinə görə, stansiyanın layihəsi 10 ildir hazırdır. Lakin xarici şirkətlər əməkdaşlıq etmədiyi üçün layihə dondurulmuşdu: “Biz bu gün bu atom stansiyası layihəsinin icrasına beynəlxalq standartlara uyğun yenidən başladıq və tikəcəyik.”

O, Buşehr atom elektrik stansiyasının ikinci və üçüncü fazasının tikintisi ilə bağlı Rusiya ilə imzalanmış sazişin qüvvədə qaldığını və maliyyə probleminin olduğunu bildirib.

“Layihənin icrası 24 ay gecikib. Rusiya tərəfi ilə ötən aylarda müzakirə aparmışıq və layihələrin icrasını sürətləndirəcəyik” – deyə İslami bildirib.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir