İran - İslam Dünyası Xəbərləri

Şənbə 3 İyun 2023 - 14:43

Propaqanda və şantaj; Əhməd Obalı niyə süni qarşıdurma vəziyyəti yaradıb? + VİDEO

“Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi”nin rəhbəri və “Günaz TV”nin təsisçisi “Əhməd Obalı” kimi tanınan “Əhməd Yusefi Sadat” ABŞ-ın Kaliforniya ştatında hücuma məruz qaldı və ağır yaralandı. Azərbaycan hökumətinin pantürkləri və bu separatçı cərəyana bağlı İran pantürkləri bu ölümcül hücuma görə İran İslam Respublikasının məsuliyyət daşıdığını bildirdilər. Lakin Kaliforniya polisinin bir həftəlik araşdırmasından sonra bu iddiaların əksi sübuta yetirildi və pantürkçülər üçün böyük bir biyabırçılıq oldu.

Cümə axşamı 1 İyun 2023 - 14:10

İran silahlı qüvvələrinin İraqın Kürdüstan bölgəsindəki terrorçu qruplara qarşı yeni hücumları yaxındırmı? + VİDEO

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İran silahlı qüvvələrinin fəaliyyətləri və İranın qərb sərhədlərinə silah göndərməsi İraqın Kürdüstan bölgəsində yerləşən anti-İran terror qruplaşmalarına qarşı yeni hücumların həyata keçiriləcəyinin yaxın olduğunu göstərir.

Bazar ertəsi 29 May 2023 - 23:37

Zelenskinin müşaviri İranı hədələdi!

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Ukrayna prezidentinin müşaviri Rusiyanın Ukraynadakı hədəflərə dron hücumuna işarə edərək, İranı hədələyib.

Bazar 28 May 2023 - 14:23

Milak-Zaranc sərhəd-keçid məntəqəsi bağlanıb

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Taliban silahlılarının İranın Zabol şəhərinin sərhəd bölgələrinə hücumundan sonra Zaranc şəhəri ilə İran arasında yeganə əlaqə yolu olan İpək Yolu Körpüsü bağlanıb.

Şənbə 27 May 2023 - 23:19

İran yeni raketini sınaqdan keçirdi + VİDEO

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İran İslam Respublikası 2000 km mənzilli, öz raketləri arasında ən ağır döyüş başlığına (1500 kq) malik “Xürrəmşəhr-4” raketini sınaqdan keçirib.

Çərşənbə axşamı 23 May 2023 - 21:22

Rəştdən Astaraya dəmir yolu və Əliyev hökumətinin rüsvayçılığı?

Rusiya Federasiyası və İran İslam Respublikası hökumətləri Rusiya sərmayəsi ilə Rəşt-Astara dəmir yolunun tikintisinə dair müqavilə imzalayıblar. Şimal-cənub koridorunu quru yolu ilə birləşdirmək üçün bu dəmir yolu Azərbaycan Respublikasının ərazisindən keçməlidir, lakin bu hökumətlər nəinki Azərbaycan hökumətini dəvət etmədilər, hətta bu hökumətin adını belə çəkmədilər. Rəşt-Astara dəmir yolu layihəsi Azərbaycan Respublikasının sərmayə qoymağı planlaşdırdığı şimal-cənub quru koridorunun yarımçıq qalan hissəsidir, lakin dövlətə məxsus Azərbaycan Dəmir Yolları Şirkəti ABŞ-ın sanksiyaları səbəbindən bu layihədən geri çəkilib.

Cümə 19 May 2023 - 15:55

İmam Xomeyninin planı Böyük İsrail lahiyəsini məhv etdi

Böyük İsrail planı çoxlarına məlumdur. Yəhudilərin əqidəsinə görə, Allah, Nildən Fərata qədər olan torpaqlarda Böyük İsrail dövlətinin qurulacağını vəd edib. Bu səbəbdən sionist yəhudilər var gücləri ilə Misirdən başlayaraq, Türkiyə və İranın da bir hissəsini əhatə edən dövləti qurmaq üçün bütün güclərini toplayıblar. İsrail bu istiqamətdə çox ciddi cəhdlə işləyir. Bu İsrailin planıdır və internetdə axtarış aparmaqla bu barədə kifayət qədər məlumat əldə edə bilərsiz.

Cümə axşamı 18 May 2023 - 19:35

Ayətullah Seyid İbrahim Rəisi Şahbaz Şəriflə görüşüb + VİDEO

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İranın Sistan və Bəlucistan əyalətinə bir günlük səfərinin planları əsasında İran İR prezidenti Ayətullah Seyid İbrahim Rəisi Mərzi Mənd bazarının açılış mərasimindən sonra Pakistanın baş naziri Şahbaz Şəriflə görüşüb və söhbət edib.

Ən Çox Müzakirə Olunan