İran yeni raketini sınaqdan keçirdi + VİDEO

Şənbə 27 May 2023 - 23:19
https://az.iswnews.com/?p=22406

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İran İslam Respublikası 2000 km mənzilli, öz raketləri arasında ən ağır döyüş başlığına (1500 kq) malik “Xürrəmşəhr-4” raketini sınaqdan keçirib.

25 may tarixində “Xürrəmşəhr 4” adlı stratejik, uzaqməsafəli və nöqtə vuran raket müvəffəqiyyətlə praktikadan keçirildi.

Bu raket, İran Müdafiə Nazirliyinin kosmik mütəxəssisləri tərəfindən yaradılmışdır.
Onun texniki xüsusiyyətləri belədir:
1- Uzunluğu: 13 m
2- Uçuş məsafəsi: 2000 km
3- Partlayıcı başlığının uzunluğu: 4 m
4- Partlayıcı başlığının çəkisi: 1500 kq
5- Yanacaq sistemi: “Hipergolik” (bu yanacaq növü elə bir enerjiyə malikdir ki, alışması üçün köməkçi yanacağa ehtiyac qalmır və raketin zərbə qüdrətini digər raketlərə nisbətən daha da çoxaldır).
6- Mühərriki: Onun mühərriki ölkənin ən inkişaf etmiş mühərriklərindən biridir və raketin rahat şəkildə taktiki hərəkətlərin etməsi üçün yanacaq hissəsində yerləşdirilib.
7- Əsas xüsusiyyətlərindən biri isə radardan yayınma və parazitlərlə mübarizə aparma qabiliyyətə malik olmasıdır.

İsrail mediasının isə sinağa ilk reaksiyası belə olmuşdur: “İsrailin Baş Qərargah rəisinin İranı təhdid etməsindən iki gün sonra İran 1,5 ton ağırlığında yeni ballistik raketi sınaqdan keçirib”.

Sionist rejimin İranın raket sınağına ilk reaksiyası
Xürrəmşəhr-4 raketinin sınağından
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir