ABŞ-ın yeni Qara dəniz strategiyası: Türkiyənin burada rolu nədir?
ABŞ Konqresi ABŞ-ın 2023-cü il üçün Qara dəniz regionu üzrə Strategiyasını hazırlayıb. Rumıniya ilə əlaqələr bu strategiyanın əsasını təşkil edir. Qara dəniz regionu son iki onillikdə Rumıniyanın xarici siyasətinin diqqət mərkəzində olub. Buxarest regional liderlik arzusundadır və Qərbin ona həvalə etdiyi iki əsas strateji vəzifəni yerinə yetirməyə çalışır – Qara dənizdə Rusiyaya qarşı mübarizə aparmaq və Moskva-Belqrad geosiyasi oxunun mümkün yaranmasının qarşısını almaq.