Əfqanıstan Xəbərləri - İslam Dünyası Xəbərləri

Cümə axşamı 23 İyun 2022 - 22:44

Taliban komandirlərindən biri Əhməd Məsudun qüvvələrinə qoşulub

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Bədəxşan vilayətinin Təqab şəhərində Talibanın Qırmızı Briqadasının komandiri Qari Vaqas onun komandanlığı altında olan silahlı qüvvələrin 300 nəfəri ilə Əhməd Məsudun qüvvələrinə qoşulub.

Cümə axşamı 23 İyun 2022 - 05:29

Başın sağ olsun Əfqanıstan!

Paktika və Xost əyalətlərində baş vermiş faciəli zəlzələdə şərəfli və qardaş olan Əfqanıstan xalqından bir qrupun itki və xəsarət alması kədər və təəssüf doğurdu. “İslam Dünyası Xəbərləri” komandası Əfqanıstanın səbirli və şərəfli xalqına, xüsusən də zərərçəkmiş ailələrinə başsağlığı verir. Bu hadisənin qurbanlarına Uca Allahdan bağışlanma istəyir, bu xoşagəlməz hadisədə xəsarət alanlara can sağlığı, səbr diləyirik.

Cümə axşamı 23 İyun 2022 - 04:49

Taliban İranın Hirmənd çayından su hüquqlarını təmin etməyə razılaşıb

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Taliban hökumətinin Enerji və Su Nazirliyinin nümayəndə heyəti ilə İran rəsmiləri arasında Tehrana səfər və məsləhətləşmələrdən sonra tərəflər Helmənd sazişinin həyata keçirilməsi və İranın Hirmənd çayından su almaq hüququnun təmin edilməsi barədə razılığa gəliblər.

Şənbə 18 İyun 2022 - 22:38

Kabildə Əfqanıstan hindularının məbədində terror aktı + FOTO və VİDEO

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Əfqanıstanın paytaxtı Kabildə əfqan hindularının dini mərasimində naməlum silahlı şəxslərin partlayış və terror aktı nəticəsində bir hindu azlığı və bir Taliban yaraqlısı öldürülüb, daha 7 mülki şəxs yaralanıb. Ümumiıikdə 12 nəfər ölüb və yaralanıb.

Cümə 17 İyun 2022 - 16:08

Əfqanıstanda və Pakistanda baş verən son hadisələr, 17 İyun 2022

“İslam Dünyası Xəbərləri” informasiya agentliyinin məlumatına görə, Əhməd Məsud qüvvələri Şətəl şəhərinin Arzu vadisində Talibanın Mi-17 helikopterini vurduqlarını, həmçinin onun dörd sərnişinini əsir götürdüklərini iddia ediblər.

Bazar 5 İyun 2022 - 23:56

Əfqanıstanda və Pakistanda baş verən son hadisələr, 5 İyun 2022

“İslam Dünyası Xəbərləri” informasiya agentliyinin məlumatına görə, İranın Əfqanıstandakı səfirinin müavini Seyid Həsən Mürtəzəvinin başçılıq etdiyi İranın iqtisadi və ticarət heyəti Kabil və Qəndəharda keçmiş Əfqanıstan hökuməti və Taliban hökumətinin rəsmiləri ilə görüşüb.

Ən Çox Müzakirə Olunan