Əfqanıstan Xəbərləri - İslam Dünyası Xəbərləri

Çərşənbə axşamı 14 Fevral 2023 - 23:56

Orta Asiyada baş verən son hadisələr, 14 Fevral 2023

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Birləşmiş Qərargahının rəhbəri Anatoli Sidorov keçirdiyi mətbuat konfransında İŞİD terror qruplaşmasının Əfqanıstandakı döyüşçülərinin sayının 6500 nəfər olduğunu və bu rəqəmin böyük bir hissəsinin Tacikistanla sərhəd rayonların yaxınlığında yerləşdiyini bildirib.

Çərşənbə 1 Fevral 2023 - 20:00

Orta Asiyada baş verən son hadisələr, 1 Fevral 2023

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Moləvi Əmir Xan Müttəqi və digər Taliban rəsmiləri İranın Kabildəki səfiri Həsən Kazemi Qominin başçılıq etdiyi İran diplomatik heyəti ilə görüşüb. Vizaların verilməsi sahəsində lazımi rahatlıq və sürəti yaratmaq, ticarət və kənd təsərrüfatı sahələrində yeni tədbirlər, siyasi məsələlər və digər mövzular barədə müzakirələr edilib.

Çərşənbə 25 Yanvar 2023 - 19:26

Orta Asiyada baş verən son hadisələr, 25 Yanvar 2023

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Avropa Xarici Xidmət Ofisi investisiyaların artırılması və kommersiya yüklərinin transferi üçün orta dəhliz marşrutunu bərpa etmək məsələsini qabartmaq məqsədilə Belçikanın paytaxtı Brüsseldə “İpək Yolu ilə əlaqə” adlı mərasim keçirib.

Çərşənbə axşamı 17 Yanvar 2023 - 23:52

Orta Asiyada baş verən son hadisələr, 17 Yanvar 2023

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Fars Körfəzi ətrafındakı Ərəb Dövlətləri ilə Mərkəzi Asiya ölkələrinin səfirləri arasında əlaqələrin koordinasiyasını icra edən Əməkdaşlıq Şurasının, bu şuranın Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində yerləşən qərargahında ikinci iclası keçirilib. Bu görüş Orta Asiya və Fars Körfəzi ətrafındakı ərəb ölkələrinin xarici işlər nazirlərinin birinci görüşünün davamı olaraq və nəticələrinin nəzərdən keçirilməsi üçün keçirilib.

Cümə axşamı 12 Yanvar 2023 - 22:40

İŞİD Kabildə Taliban Xarici İşlər Nazirliyinə hücum edib + FOTO

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Əfqanıstanın paytaxtı Kabilin ikinci rayonunda yerləşən Taliban Xarici İşlər Nazirliyinin girişində İŞİD-in kamikadze hücumu nəticəsində 60-dan çox adam ölüb və yaralanıb.