Qərbi Asiya - İslam Dünyası Xəbərləri

Bazar ertəsi 9 Oktyabr 2023 - 13:26

Kətaib Əl-Qəssam yeni müdafiə silahını təqdim etdi + VİDEO

HƏMAS-ın hərbi qolu olan “Kətaib əl-Qəssam”ın döyüşçüləri Əl-Əqsa Fırtınası əməliyyatının üçüncü günündə Qəzza zolağının səmasında İsrail helikopterlərinə bir neçə “yer-hava” tipli raket zərbələri endirib və İsrailin hava hücumlarına cavab verib. Kətaib əl-Qəssam da ilk dəfə olaraq sionist rejimə qarşı döyüşdə yerli müdafiə sistemindən “Mutbir 1”dən istifadə edilməsi haqqında video yayımlayıb.

Bazar ertəsi 9 Oktyabr 2023 - 13:11

Sionistlərin genişmiqyaslı qaçmasının mahiyyəti nə idi? + VİDEO

Fələstin müqavimət qüvvələrinin “Əl-Əqsa Fırtınası” əməliyyatından sonra belə hal alan Qəzza zolağının kənarındakı işğal olunmuş yaşayış məntəqələrində “Super Nova” adlı musiqi festivalının keçirildiyi məkanın görüntüləridir! Sionist rejim Yardım və Xilasetmə Təşkilatı elan edib ki, İsrail xilasediciləri bu musiqi festivalının keçirildiyi məkandan 260-a yaxın cəsəd tapıblar. Bu təşkilat rəsmilərinin işi digər cəsədlərin və itkin düşmüş şəxslərin […]

Bazar ertəsi 9 Oktyabr 2023 - 12:05

İşğal altında olan Aşkelon şəhərinə yeni müqavimət hücumlarının başlanğıcı + VİDEO

Kətaib əl-Qəssamın sözçüsü Əbu Ubeydə, Fələstin qüvvələrinin daha bir qrupunun Aşkelon şəhərinə saxil olmalarını və onların təhlükəsizlik qüvvələri və İsrail ordusu ilə silahlı qarşıdurma apardığını bildirib. Fələstin müqavimətinin partizan hücumları İsrailə ağır və misli görünməmiş itkilərə səbəb olub və bu rejim indiyədək 700-dən çox ölü və 2315-dən çox yaralı verdiyini etiraf edib.

Bazar ertəsi 9 Oktyabr 2023 - 12:00

Fələstindəki müharibənin kölgəsində Suriyada hava və artilleriya hücumlarının artması; Suriya artilleriyası və rus qırıcıları terrorçuların nəfəsini kəsib!

Regional və beynəlxalq mediaların bütün diqqəti sionist rejim ilə Fələstin müqavimət qrupları arasındakı döyüşə yönəldiyi halda, son üç gündə Suriyada, xüsusən də ölkənin şimal bölgələrində gərginlik nəzərəçarpacaq dərəcədə artıb.

Bazar ertəsi 9 Oktyabr 2023 - 11:10

Rəisi ilə Ən-Nəxxalə arasında telefon danışığı olub

İran prezidenti Ayətullah Seyid İbrahim Rəisi Fələstin İslami Cihad Hərəkatının baş katibi Ziyad Ən-Nəxxalə ilə Əl-Əqsa Fırtınası döyüşü və işğal olunmuş ərazilərdəki müharibədə son hadisələrlə bağlı telefon danışığı aparıb.

Bazar ertəsi 9 Oktyabr 2023 - 10:58

Homsa dron hücumunun arxasında Türkiyə dayanır?

Suriyanın bəzi yerli mediası Əbdül Kərim Camal Qasumu Homs Hərbi Kollecinə dronla hücumu təşkil edən şəxs kimi təqdim edib və onun Türkiyə kəşfiyyat xidməti ilə yaxşı münasibətlərinin olduğunu iddia edib.

Bazar ertəsi 9 Oktyabr 2023 - 10:37

Sderotda qarşıdurmalar davam edir

Sderot şəhərində Fələstin müqavimət qüvvələri ilə təhlükəsizlik qüvvələri və sionist rejim ordusu arasında qarşıdurma davam edir. Kataib əl-Qəssamın sözçüsü Əbu Ubeydə də müqavimət artilleriya birləşmələrinin dünən 100-dən çox raketlə Sderot hücumlarına dəstək verdiyini açıqlayıb.

Ən Çox Müzakirə Olunan