Qərbi Asiya - İslam Dünyası Xəbərləri

Bazar 20 Noyabr 2022 - 23:15

İraqda baş verən son hadisələr, 20 Noyabr 2022

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İraq təhlükəsizlik qüvvələri “Polad İradə” əməliyyatının səkkizinci mərhələsinin ikinci günündə İŞİD ünsürlərini təqib edərək, bu terror qruplaşmasının Neynəva vilayətindəki Mosulun cənubunda yerləşən sığınacaqlarını müəyyən edib.

Bazar 20 Noyabr 2022 - 22:23

Fələstində baş verən son hadisələr, 20 noyabr 2022

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, sionist rejimin müdafiə naziri Benni Qantz deyib: “İranın təsir və nüfuzlarının genişlənməsinin dayandırılması həyati əhəmiyyət kəsb edir və İsrail CENTCOM çətiri altında bəzi fəaliyyətləri ilə buna nail olmaq niyyətindədir və biz öz sərhədlərimiz daxilində terror yaratmaq cəhdlərinə qarşı fəaliyyət göstərməyə davam edəcəyik.”

Şənbə 19 Noyabr 2022 - 22:09

İranın İraqda anti-terror əməliyyatları baş tutacaqmı?!

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Qərb mətbuatının iddiasına əsasən, İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandiri İraqa son səfəri zamanı İraq ordusunun İran və İraq arasında ortaq sərhəddə yerləşməyəcəyi və ya İraqın Kürdüstan bölgəsindəki terrorçuların bu bölgədəki qərargahlarının aradan qaldırılmaması təqdirdə, İran qüvvələri Kürdüstan bölgəsində terrorizmi məhv etmək üçün genişmiqyaslı quru əməliyyatına başlaması ilə İraq hakimiyyətini hədələyib.

Şənbə 19 Noyabr 2022 - 10:16

İsrailin Suriyaya hava hücumu

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, sionist rejim qırıcıları Aralıq dənizindən Suriyanın mərkəzi və sahilyanı rayonlarına doğru bir neçə raket atıblar və bu hücumlar zamanı Suriya ordusunun 4 üzvü şəhid olub.

Cümə 18 Noyabr 2022 - 10:09

Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və ABŞ-ın birgə layihəsi: “İranı içəridən məhv etmək”

Livanın “Əl-Əxbar” qəzeti sənədləri dərc etməklə Səudiyyə Ərəbistanı və BƏƏ-nin İranı zəiflətmək və müharibəni bu ölkəyə sürükləmək üçün gizli planını üzə çıxarıb. Bu sənədlərə əsasən, Səudiyyə-BƏƏ beyin mərkəzi 5 il əvvəl Şeyx Baqir Ən-Nimrin edamından sonra yaranıb və onun proqramlarından biri gəncləri stimullaşdırmaq üçün farsdilli televiziya kanalının yaradılması olub. Məhəmməd bin Salman İranla bağlı verdiyi […]

Cümə axşamı 17 Noyabr 2022 - 00:14

Suriyanın Dəraa şəhərində yerləşən Əs-Səəd məhəlləsi İŞİD ünsürlərindən tam təmizləndi!

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Suriya ordusunun qüvvələri və yerli silahlı qrupların Dəraa şəhərinin Əs-Səəd məhəlləsində həyata keçirdiyi silsilə təhlükəsizlik əməliyyatları nəticəsində azı 30 İŞİD üzvü öldürülüb və bu ərazi bu terror qruplaşmasının ünsürlərinin mövcudluğundan tamamilə təmizləndi.

Ən Çox Müzakirə Olunan