İsrail İordaniyada gizli aviabaza tikib

Bazar 5 Fevral 2023 - 12:37
https://az.iswnews.com/?p=18617

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İordaniyalı media fəalı ​​İsrailin İordaniya ilə Suriya sərhədi yaxınlığında gizlicə aviabaza tikdiyini bildirib.

İordaniyalı fəal və jurnalist Əlla Əl-Fazeh, İordaniya Kəşfiyyat Təşkilatı ilə İsrailin Mossad Təşkilatı arasında əməkdaşlığın artırılması fonunda Əl-Rəvişid və Əl-Səfavi arasındakı məntəqənin şimalında gizli bir baza yaradıldığını iddia etdi. Bu işdən məqsəd müqavimət cəbhəsinin hərəkətlərini izləmək və Suriya, İraq və hətta Livanın cənubuna daha yaxşı nəzarəti artırmaq məqsədi ilə Əmman-Bağdad yolu üzərində tikilən bu aviabaza Sionist rejimin əsgərləri və pilotsuz təyyarələrinin yerləşdiyi yer olduğunu bildirib.

Onun sözlərinə görə, bu bazada yerləşdirilən İsrail dronları yüksək hündürlükdə uçduqlarına görə radar sistemləri tərəfindən müşahidə edilməsi çox çətin olan xüsusi imkanlara malikdir. Həmçinin, bu gizli baza İordaniya təhlükəsizlik qüvvələri tərəfindən qorunur.

Bu xəbərin düz olmasını fərz etsək, İsrail ordusuna aid dronların İraq və Suriyanın müxtəlif bölgələrində əməliyyatlar üçün qabiliyyətlərinin xeyli artması ehtimalı verilir. Çox güman ki, son vaxtlar dronlarla Suriyanın Deyr əz-Zor əyaləti sərhədində yerləşən Əl-Bukamal şəhəri yaxınlığındakı hədəflərə edilən hücumlar da, Amerikalıların dəstəyi ilə bu aviabazadan idarə olunaraq həyata keçirilib.

Bu məsələ ABŞ prezidenti Co Baydenin hakimiyyətə gəlişindən sonra gündəmə gətirilib. ABŞ ilə İordaniya arasında əldə olunan razılaşmaya əsasən, Amerika əsgərləri İordaniyada 15-dən çox baza və hərbi kazarmada yerləşdirilib. Beləki “Muvəffəq Əl-Sulta” hava bazası ABŞ-ın Qərbi Asiyadakı dron əməliyyatlarının komandanlıq mərkəzi bazası və qərargahına çevrilib.

İsrail əsgərlərinin İordaniya-Suriya sərhədində yerləşdirilməsi və amerikalı terrorçuların nüfuzlu hüzuru ilə belə görünür ki, İordaniya ölkəsi İbrani-Qərbi-Ərəbi koalisiyasının komandanlığı və müqavimət cəbhəsinə qarşı əməliyyatların icrası üçün əsas məkana çevrilib.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir