İraq - İslam Dünyası Xəbərləri

Çərşənbə 25 Yanvar 2023 - 23:43

İraqda baş verən son hadisələr, 25 Yanvar 2023

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Həşd-Şəəbi Təşkilatının mücahidləri və İraq təhlükəsizlik qüvvələri Səlahəddin əyalətində yerləşən Samirra şəhərinin cənub bölgələrində İŞİD qalıqlarını həbs etmək üçün birgə təhlükəsizlik əməliyyatına başlayıb.

Çərşənbə axşamı 17 Yanvar 2023 - 20:08

İraqda baş verən son hadisələr, 17 Yanvar 2023

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” qüvvələrinin komandanı Sərdar İsmayıl Qaani Bağdada səfəri zamanı şəhid Hacı Qasim Süleymani və şəhid Əbu Mehdi Əl-Mühəndisin şəhadət yerini ziyarət edib.

Cümə 13 Yanvar 2023 - 20:58

İraqdakı Kormor qaz yatağına raket hücumu olub

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İraqın Kürdüstan bölgəsinin Çəmçəmal bölgəsindəki Kormor qaz yatağı naməlum şəxslərin raket hücumu ilə hədəfə alınıb.

Çərşənbə axşamı 10 Yanvar 2023 - 22:47

İraqda baş verən son hadisələr, 10 Yanvar 2023

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Səlahəddin əyalətinin şərqində Əl-İs məntəqəsində Həşd-Şəəbi Təşkilatının 52-ci briqadasının qüvvələri ilə İŞİD terror qruplaşmasının ünsürləri arasında baş verən qarşıdurma nəticəsində, Həşd-Şəəbi Təşkilatının qüvvələrindən biri şəhid olub, ikisi yaralanıb.

Bazar 8 Yanvar 2023 - 20:21

Məqalə: Bu gün, “Şəhid Süleymani” əməliyyatının üçüncü ildönümüdür; Bölgədə Amerikanın sonunun başlanğıcına bir baxış!

Belə bir gündə amerikalıların terror əməliyyatlarına və müqavimət cəbhəsinin komandirlərindən ikisinin şəhid edilməsinə cavab olaraq İran İslam İnqilabı Keşikçiləri Korpusu Amerika ordusunun İraqın Əl-Ənbar vilayətində yerləşən Eynul-Əsəd bazasındakı mövqelərinə 13 ballistik raket zərbəsi endirmişdir. Qərbin dediklərinə əsasən, bu əməliyyat nəticəsində 110 amerikalı hərbçi beyin travması almışdır.

Ən Çox Müzakirə Olunan