Video - İslam Dünyası Xəbərləri

Bazar ertəsi 9 Oktyabr 2023 - 17:37

Livan və işğal olunmuş Fələstin sərhədində atışma + VİDEO

Yerli mənbələr Livan və işğal olunmuş Fələstin sərhədində silahlı qüvvələr və sionist rejim əsgərləri arasında atışma və toqquşmaların eşidildiyini bildiriblər. Sosial şəbəkələrdə yayımlanan videoda da İsrail əsgərlərinin naməlum silahlı qüvvələrlə döyüşdüyü görünür. İvritdilli mənbələr İsrail ordusunun Hizbullahın müşahidə qülləsini və Livanın cənubundakı işğal olunmuş ərazilərə raket atıldığı yeri hədəf aldığını açıqlayıb. Livanın cənubundakı ərazilərin də […]

Bazar ertəsi 9 Oktyabr 2023 - 17:25

İsrail Qəzza zolağını dəlicəsinə bombalamağı davam etdirir + VİDEO

Bu gün səhər sionist mediası İsrail ordusunun sözçüsünə istinadən bildirib ki, onların təyyarələri Qəzza zolağına qarşı 1000 tondan çox bomba və partlayıcıdan istifadə edib. Bu məlumat döyüşdə Fələstinin müqavimət hücumlarına cavab verməkdə İsrailin hava üstünlüyündə qırıcıların və təyyarələrin rolunu və hava limanları və hava bazalarının əhəmiyyətini göstərir. İndi hava bazaları, hava limanları məhv edilsə, bu üstünlük qorunacaqmı?

Bazar ertəsi 9 Oktyabr 2023 - 13:26

Kətaib Əl-Qəssam yeni müdafiə silahını təqdim etdi + VİDEO

HƏMAS-ın hərbi qolu olan “Kətaib əl-Qəssam”ın döyüşçüləri Əl-Əqsa Fırtınası əməliyyatının üçüncü günündə Qəzza zolağının səmasında İsrail helikopterlərinə bir neçə “yer-hava” tipli raket zərbələri endirib və İsrailin hava hücumlarına cavab verib. Kətaib əl-Qəssam da ilk dəfə olaraq sionist rejimə qarşı döyüşdə yerli müdafiə sistemindən “Mutbir 1”dən istifadə edilməsi haqqında video yayımlayıb.

Bazar ertəsi 9 Oktyabr 2023 - 13:11

Sionistlərin genişmiqyaslı qaçmasının mahiyyəti nə idi? + VİDEO

Fələstin müqavimət qüvvələrinin “Əl-Əqsa Fırtınası” əməliyyatından sonra belə hal alan Qəzza zolağının kənarındakı işğal olunmuş yaşayış məntəqələrində “Super Nova” adlı musiqi festivalının keçirildiyi məkanın görüntüləridir! Sionist rejim Yardım və Xilasetmə Təşkilatı elan edib ki, İsrail xilasediciləri bu musiqi festivalının keçirildiyi məkandan 260-a yaxın cəsəd tapıblar. Bu təşkilat rəsmilərinin işi digər cəsədlərin və itkin düşmüş şəxslərin […]

Fələstin müqavimət qrupları Reim bazasını azad edib + VİDEO

Uğurlu partizan əməliyyatı nəticəsində Fələstin müqavimət qüvvələri Qəzza zolağının şərq ətraflarında yerləşən Reim bazasını azad etməyə müvəffəq olub. Müqavimət mediasının məlumatına görə, Fələstin qüvvələri bu bazanı ələ keçirdikdən və hərbi texnikanı qənimət götürdükdən sonra Qəzza zolağındakı mövqelərinə qayıdıblar.

Bazar 8 Oktyabr 2023 - 11:53

Livan Hizbullahı Şabaa tarlalarında İsrail ordusunun mövqelərinə hücum edib + VİDEO

Livan Hizbullahı verdiyi açıqlamada şəhid Hac İmad Muğniyə qüvvələrinin bu gün səhər İsrail ordusunun Şabaa tarlaları bölgəsindəki mövqelərinin üç nöqtəsinə, o cümlədən radar məntəqəsi, Zebedin məntəqəsi və Roysat əl-Aləm məntəqəsinə artilleriya və raket hücumları ilə hücum etdiyini bildirib.

Bazar 8 Oktyabr 2023 - 11:43

İsrail rəsmiləri: Qəzza zolağının bombalanması tam məhv olana qədər davam edir + VİDEO

İşğalçı İsrail ordusunun Qəzza zolağında yaşayış məntəqələrini hava hücumları və bombardmanları davam edir.Bu rejimin baş naziri Benyamin Netanyahu Əl-Əqsa Fırtınası əməliyyatında İsrailə vurulan ağır ziyana cavab olaraq Qəzza zolağının məhv ediləcəyini açıqlayıb. Bununla əlaqədar olaraq bu gün səhər saatlarından bir neçə qüllə, məscid, təcili yardım maşını və digər yaşayış binaları İsrail qırıcıları tərəfindən bombalanıb. Fələstin […]

Şənbə 7 Oktyabr 2023 - 16:14

Kətaib Əl-Qəssam Səqr Birliyinin Əl-Əqsa Fırtınası əməliyyatında iştirakı + VİDEO

Aşağıdakı video HƏMAS hərəkatının hərbi qanadı olan Kətaib əl-Qəssamın Səqr bölməsinin təlimləri ilə bağlıdır. Bildirilib ki, Əl-Əqsa Fırtınası əməliyyatının başlanğıcında Səqr bölməsi qüvvələri paraplanlardan istifadə edərək sionist yaşayış məntəqələrinə daxil olublar.

Ən Çox Müzakirə Olunan