Video - İslam Dünyası Xəbərləri

Bazar ertəsi 30 Oktyabr 2023 - 21:09

İsrail ordusunun Cenin düşərgəsinə ağır hücumu + VİDEO və FOTO

İsrail Təhlükəsizlik qüvvələri və ordusu bu gün səhər saatlarından etibarən İordan çayının qərb sahilinin şimalındakı Cenin düşərgəsinə hücum edərək, bir neçə bina və İbn Sina xəstəxanasını nəzarətə götürdükdən sonra bu düşərgədə Fələstin müqavimət qüvvələri ilə qarşıdurmaya giriblər.

Bazar ertəsi 23 Oktyabr 2023 - 21:00

Müqavimət qrupları tərəfindən işğal olunmuş Fələstinin şimalında İsrail mövqelərinə dron hücumu + VİDEO

Aralıq dənizi vasitəsilə Hayfa körfəzinə pilotsuz təyyarənin gəlməsinin ardınca işğal olunmuş Fələstinin şimal yaşayış məntəqələrində, xüsusilə Hayfa və Akko şəhərlərində həyəcan sirenləri çalınıb. İsrailin hava hücumundan müdafiəsi bu pilotsuz təyyarəyə sahilyanı Akko şəhərinin səmasında cavab verib. Bu hücum Livandan Hizbullah və ya Fələstin müqavimət qrupları tərəfindən həyata keçirilib. Əvvəlki yazılarımızda da qeyd etdiyimiz kimi, İsrail […]

Kətaib əl-Qəssam dronları işğal olunmuş Fələstinin cənubundakı İsrail bazalarına hücum etdi + VİDEO

Kətaib əl-Qəssam İsrail Hərbi Hava Qüvvələrinə məxsus 107-ci “Narıncı quyruqlu cəngavərlər” eskadrilyasının Hatzirim aviabazasındakı mövqelərinə və Sina ordusunun Tezlim bazasındakı qərargahına iki “Zvari” kamikadze pilotsuz təyyarəsi ilə hücum edib. İsrail ordusu Qəzza zolağının şərqində yerləşən Niruz və Ayn Habsur bölgələrində bu pilotsuz təyyarələri ələ keçirərək məhv etdiyini iddia edib.

Çərşənbə axşamı 17 Oktyabr 2023 - 23:15

İşğal olunmuş Fələstinin şimal sərhəd bölgələrində Hizbullah və İsrail arasında münaqişə + XƏRİTƏ və VİDEO

Livan Hizbullahı ilə sionist rejim ordusu arasında bugünkü toqquşmalar Livan və işğal olunmuş Fələstinin sərhəd bölgələrində daha şiddətli və atışmalarla davam edib. Bu toqquşmalarda Hizbullah İsrailin toplanışlarını, müdafiə mövqelərini və hərbi texnikasını hədəfə alıb və İsrail ordusu müqavimətin hücumlarına artilleriya hücumları və yandırıcı fosfor bombaları ilə cavab verib.

Çərşənbə axşamı 17 Oktyabr 2023 - 21:47

İnqilabın Rəhbəri: “Əgər sionistlərin cinayətləri davam edərsə, heç kim müsəlmanların və müqavimət qüvvələrinin qarşısını ala bilməyəcək”. + VİDEO

İslam İnqilabının Ali Rəhbəri Ayətullah Xamenei bu gün səhər (çərşənbə axşamı) İranın minə yaxın elitası, o cümlədən qəbul imtahanı qalibləri, olimpiada qalibləri, gənc professorlar, elm və texnologiya mükafatlarının qalibləri və biliyə əsaslanan şirkətlərlər işçiləri ilə görüşündə bəyan etdi: “İlk sözüm odur ki, bu gün ölkənin elmi ictimaiyyəti elitasının yeni hərəkata ehtiyacı var”.

Bazar ertəsi 16 Oktyabr 2023 - 21:22

Fələstin müqavimət raketləri İsrail Knessetinin iclasını yekunlaşdırdı + VİDEO

Kətaib əl-Qəssamın işğal altındakı Təl-Əviv və Qüds şəhərlərinə iri raket hücumundan sonra həyəcan sirenləri çalınıb və bu şəhərlərin ətraf ərazilərinə bir neçə raket düşüb. Həmçinin İsrail Knessetinin binası yaxınlığında bir neçə raketin müşahidə edilməsi və təqib olunması İsrail nümayəndələrinin görüşünün yekunlaşmasına səbəb oldu.

Ən Çox Müzakirə Olunan