İsrail qırıcı təyyarələri Qəzza zolağına hücum edib + FOTO
Sionist rejim Ordusu Qəzza zolağına hücumlarının davamında Beyt Lahia, Beyt Hanun, Xan Yunis, Rəfah və Qəzzanı hədəfə alıb.
Sionist rejim Ordusu Qəzza zolağına hücumlarının davamında Beyt Lahia, Beyt Hanun, Xan Yunis, Rəfah və Qəzzanı hədəfə alıb.
Kətaib əl-Qəssamın sözçüsü Əbu Ubeydə, Fələstin qüvvələrinin daha bir qrupunun Aşkelon şəhərinə saxil olmalarını və onların təhlükəsizlik qüvvələri və İsrail ordusu ilə silahlı qarşıdurma apardığını bildirib. Fələstin müqavimətinin partizan hücumları İsrailə ağır və misli görünməmiş itkilərə səbəb olub və bu rejim indiyədək 700-dən çox ölü və 2315-dən çox yaralı verdiyini etiraf edib.
Regional və beynəlxalq mediaların bütün diqqəti sionist rejim ilə Fələstin müqavimət qrupları arasındakı döyüşə yönəldiyi halda, son üç gündə Suriyada, xüsusən də ölkənin şimal bölgələrində gərginlik nəzərəçarpacaq dərəcədə artıb.
İsrailin baş naziri Benyamin Netanyahunun ofisi dünən elan edib ki, İsrailin təhlükəsizlik kabineti Qəzza zolağına qarşı müharibənin başlanmasını rəsmən təsdiqləyib.
İran prezidenti Ayətullah Seyid İbrahim Rəisi Fələstin İslami Cihad Hərəkatının baş katibi Ziyad Ən-Nəxxalə ilə Əl-Əqsa Fırtınası döyüşü və işğal olunmuş ərazilərdəki müharibədə son hadisələrlə bağlı telefon danışığı aparıb.
Yerli mənbələr Livan və işğal altındakı Fələstin sərhədindəki Şabaa tarlalarında bir neçə partlayışın baş verdiyini bildirib.
Suriyanın bəzi yerli mediası Əbdül Kərim Camal Qasumu Homs Hərbi Kollecinə dronla hücumu təşkil edən şəxs kimi təqdim edib və onun Türkiyə kəşfiyyat xidməti ilə yaxşı münasibətlərinin olduğunu iddia edib.
Sderot şəhərində Fələstin müqavimət qüvvələri ilə təhlükəsizlik qüvvələri və sionist rejim ordusu arasında qarşıdurma davam edir. Kataib əl-Qəssamın sözçüsü Əbu Ubeydə də müqavimət artilleriya birləşmələrinin dünən 100-dən çox raketlə Sderot hücumlarına dəstək verdiyini açıqlayıb.
Fələstin müqavimət qrupları ilə sionist rejim arasında gedən döyüşlər zamanı 700-dən çox israilli həlak olub, 2300-dən çox israilli yaralanıb və ən azı 200 israilli Fələstin hərbçiləri tərəfindən əsir götürülüb.
Əl-Əqsa Fırtınası əməliyyatının ikinci günündə Fələstin müqavimət qüvvələri öz məqsədlərinə çatdıqdan və həmçinin sionist rejim hərbçiləri tərəfindən təzyiqləri artıraraq və mühasirə halqalarını sərtləşdirdikdən sonra bəzi azad edilmiş bölgələrdən geri çəkiliblər və tərəflər arasında şiddətli toqquşmalar gedir.
Sionist rejimin Milli Radiosu bu rejimin ölənlərinin sayının 400 nəfərə çatdığını və bu rəqəmin hər an artdığını elan edib.
Misirdəki yerli mənbələr Misirin İsgəndəriyyə şəhərində israilli turistlərin avtomobilinə silahlı hücum edildiyini bildirib. Bu hücumun qurbanları və yaralıları ilə bağlı rəsmi məlumat indiyədək dərc olunmayıb, lakin İsrail Xarici İşlər Nazirliyi atışma nəticəsində Misirdə iki israilli turistin öldüyünü təsdiqləyib. İsrail telekanalı 13 bir xəbərdə Misir polisinin İsgəndəriyyə şəhərində israilli turistləri daşıyan avtobusu saxladığını və 6 nəfərin […]