Mohammad - İslam Dünyası Xəbərləri

Bazar 9 İyul 2023 - 07:21

Niyə hökumət medialarında Əmirabdullahiana divan tutuldu? + VIDEO

Paytaxtımızın ev sahibliyi etdiyi Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin iclası, hökumət medialarının atdığı addımlarını qiymətləndirmək üçün yaxşı fürsətdir. İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmirabdullahianın Prezident İlham Əliyevlə görüşü və hökumət mediaları ilə müsahibəsinin əks etdirilməsi, bu məsələyə yaxşı bir nümunədir. Qeyd edək ki, bu yaxınlarda İran İslam Respublikasının Xarici İşlər Naziri ölkəmizdə məşhur telekanallardan biri tərəfindən məsxərə və təhqir olunmuşdur.

Şənbə 8 İyul 2023 - 22:06

Moləvi Əbdül Həmid: 16 saylı Zahedan Polis Bölməsinə hücum edənlərlə heç bir əlaqəm yoxdur

İranın Sistan və Bəlucistan vilayətinin Zahedan şəhərinin Əhli-sünnə İmam Cüməsi Moləvi Əbdül Həmid İsmailzehi verdiyi açıqlamada Zahedanın 16 saylı polis bölməsində törədilən terror aktının agentləri ilə əlaqəsini təkzib edib. O, açıqlamasında bildirib ki, bu hərəkatın ölçüləri mənim üçün aydın olmasa da və bu hücumun keyfiyyətindən və pərdə arxasında hansı qrup və ya insanların dayanmasından xəbərsiz […]

Şənbə 8 İyul 2023 - 08:41

İŞİD-in “Virtual Xilafət”i genişləndirmək üçün əsas beş kiber fəaliyyət sahəsi

Son illərdə İŞİD kimi təkfirçi terror təşkilatları öz məqsədlərinə çatmaq üçün internet və kiber məkandan istifadə edərək müxtəlif kiber fəaliyyətlər həyata keçiriblər. İnternetdə və sosial şəbəkələrdə reklam etmək və təşkilata cəzb etməyə çalışmaq, məzmun dərc etmək üçün sosial şəbəkələrdən istifadə etmək, ekstremizmi və radikallaşmanı təşviq edən məzmunların onlayn yayımlanması, hakerlik və fişinq kimi kiberhücumlar, rəqəmsal valyutalar vasitəsilə maliyyələşdirmə kimi mövzular, bu məqalədə müzakirə olunan İŞİD-in kiber fəaliyyəti üzrə 5 əsas sahədir.

Cümə 7 İyul 2023 - 15:14

Qərb Qarabağ erməniləri və Ermənistan azərilərinin xilaskarı rolunda oyun oynayır

Cümə günü, iyunun 23-də keçidin tamamilə bağlanmasından bir gün sonra Avropa Şurası Parlament Assambleyasının iclası keçirilib və orada Azərbaycan və Ermənistan parlamentlərinin nümayəndələri də iştirak ediblər. Bu iclasda “Laçın dəhlizi ilə sərbəst və təhlükəsiz get-gəlin təmin edilməsi” və “Ermənistan azərilərinin geri qayıtmaq hüququ” adlı qətnamə qəbul edilib. Bu səsvermə, 60-ın 40-a nəticələnib. Görünür, Ermənistan parlament nümayəndə heyətinin maraqlarının böyük hissəsi təmin olunub.

Cümə 7 İyul 2023 - 11:39

Orta Asiyada baş verən son hadisələr, 7 İyul 2023

Talibanın xarici işlər naziri Əmir Xan Müttəqi Kabildə Britaniyanın Əfqanıstandakı səfirliyinin müvəqqəti işlər vəkili Robert Çatterton Dikson ilə görüşüb və Talibanın tanınması, Britaniyadakı əfqan mühacirlərin problemləri və ölkənin Taliban müxalifətinə dəstək verməməsi barədə danışıb.

Ən Çox Müzakirə Olunan