Azərbaycan-İran münasibətlərində son inkişafların pərdəarxası: II-ci HİSSƏ
Hakimiyyət medialarının gizlətdiyi həqiqətlər
Bu təhlilin birinci hissəsində Müdafiə Naziri Zakir Həsənovun İrana səfəri zamanı, İran İR Prezidenti Ayətullah İbrahim Rəisinin və Baş Qərərgah rəisi Məhəmməd Baqirinin Azərbaycan mediasında dərc olunmayan sözləri və bunun səbəblərini araşdırmışdıq. Təhlilin bu hissəsində isə israil rejiminin Azərbaycan-İran əlaqələrinə kölgə salmaq, iki qardaş xalqın arasında ziddiyyət yaratmaq məqsədilə Azərbaycan üzərindən İrana qarşı çirkin planları və iki ölkə arasında olan əlaqələrin nə həddə effektli ola biləcəyindən söz açmışıq. Azərbaycan tərəfi yaxşı anlayır ki, İran sanksiyalar şəraitində müxtəlif ölkələrlə və xüsusilə Prezident Rəisinin də dəfələrlə vurğuladığı kimi qonşularla iqtisadi əlaqələr qurmağa çox maraqlı və ehtiyaclıdır. Bunun üçün də Azərbaycan hakimiyyəti öz aləmində “İranın zəif damarını tutmaq” siyasətini irəli sürməyə çalışır. Təbii ki, iki ölkə arasında iqtisadi və digər əlqələrin genişlənməsi hər iki xalqın maddi rifahı və müqəddəratı üçün olduqca həyati əhəmiyyət kəsb edir. Hətta İmam Xamenei neçə il öncə Prezident İlham Əliyevlə görüşərkən iqtisadi əlaqələrin mövcud olan potensialdan qat-qat daha az olmasından gileylənmişdi. Amma bu əlaqələrin fonunda Azərbaycan hakimiyyətinin heç də səmimi olmadığını və ixtiyarının xarici qüvvələrin əlindən olduğunu da nəzərdən qaçırtmaq olmaz.
• İqtisadi əlaqələr:
1. Hazırda İran İR-ın Avropa bazarına çıxmaq üçün yolu Türkiyə, Ermənistan və Azərbaycan olmaqla üç hissəyə ayrılır. Digər tərəfdən İranın regionda güc sahibi olması və geniş əlaqələrinə Azərbaycan heç də biganə yanaşmayacaq və əlqələrini İranla daha da genişləndirməyə cəhd göstərəcək. Amma unutmaq olmaz ki, Azərbaycanın İranla istənilən əməkdaşlığı, o cümlədən İranın Avropa bazarına çıxışı üçün Azərbaycan ərazisindən tranzit kimi istifadə etmək kimi təkliflərinin heç biri israil rejiminin icazəsi olmadan mümkün deyil. Burada məqsəd isə Azərbaycana yüksək maddi gəlirlər və bu tranzit xəttini gələcəkdə həssas dönəmdə İran üçün təzyiq vasitəsi kimi istifadə etməkdir.
2. Azərbaycan bu taktikalarla İranı Ermənistan üzərindən tranzit xətti kimi istifadə etmək fikirindən daşındırıb əsas xətti Azərbaycana çəkmək istəyir. Halbuki, Türkiyə və israil son zamanlar Ermənistan bazarını ələ almağa çox can atırlar. Təbii ki, İranı Ermənistan ərazisindən tranzit xətti kimi istifadə etməkdən çəkindirməkdə məqsəd heç də Azərbaycanın Ermənistana olan düşmənçilik münasibətindən qaynaqlanmır. Bu necə düşməndir ki, uzun illərdir hakimiyyət rəsmilərinin Ermənistanda gizli şirkətləri çalışır? Bütün bu gedişatın arxasında İranı növbəti iqtisadi tora salmaq üçün yəhudi hiyləsi dayanır. Belə ki, bu taktika ilə bir tərəfdən İranın Ermənistan üzərindən tranzit xəttini zəiflətmək, digər tərəfdən isə Türkiyə və israilin Ermənistan bazarında imkanlarını genişləndirməyə çalışırlar.
3. Azərbaycan İranla qurmağa çalışdığı iqtisadi proyektlərlə praktiki olaraq İranı hakimiyyətin ölkə daxilində islamafob addımlara müdaxilə etməkdən çəkindirməyə və beləliklə hakimiyyətin özü üçün təhlükə bildiyi qrupların və şəxslərin fəaliyətinin maksimum qarşısını almağa çalışacaq. İqtisadi əlaqələrdə İranın çıxış yolu isə daima “B planı” olan Xəzər dənizində fəaliyyətini genişləndirməkdir.
• Hərbi əlaqə:
Azərbaycanın müdafiə naziri Zakir Həsənovun İran İR-a rəsmi səfərindən sonra ehtimallardan biri də Azərbaycanın İrandan silah-sursat almaq planlarıdır. Xatırladaq ki, İranın birinci Qarabağ müharibəsindən bu yana Azərbaycana etdiyi yardımlar siyahısında küllü miqdarda təmənnasız silah-sursat yardımı heç kəsdən gizli deyil və bunu Azərbaycan rəsmiləri də dəfələrlə etiraf ediblər. Son illərdə isə Aprel döyüşləri və ikinci Qarabağ müharibəsində bu hərbi dəstəyin miqyası daha da genişləndi. Amma Azərbaycanın bu illər ərzində bütün səyləri pulla silah almağa deyil, İrandan ehsan olaraq hərbi silah-sursat qopartmaq siyasətinə köklənib. O ki, qaldı İrandan hansı növ silahların alınmasına, nə qədər ki, israil rejiminin Azərbaycanda nüfuzu var və nə qədər ki, Türkiyə Azərbaycanda söz sahibidir, heç zaman Azərbaycan İrandan strateji əhəmiyyətli silah almayacaq. İsrail rejimi Azərbaycana heç zaman icazə verilməyəcək ki, İranlı hərbi ekspertlərin azərbaycanlı hərbiçilərə dərs keçməsi labüdlüyünü yaradan silahlar alınsın. Necə ki, Azərbaycanın müxtəlif ölkələrdən qırıcılar, PUA-lar və HHM sistemləri aldıqları zaman həmin ölkələrin hərbi ekspertləri azərbaycanlı hərbiçilərə bu sistemlərin təlimini verirlər və Azərbaycan daima o ölkələrdən asılı vəziyyətdə qalır. Buna görə də Azərbaycan İrandan həmişəki kimi sadəcə mərmilər, ehtiyyat hissələri, minaatanlar, avtomat silahı və s. istifadəsi İrandan asılılıq yaratmayan silah və sursatlar almağa can atacaq.
• Qarabağda abadlıq və yenidənqurma işlərində İranın iştrakı:
İkinci Qarabağ müharibəsindən dərhal sonra İrana səfər edən Azərbaycan rəsmiləri, işğaldan azad olunan ərazilərdə abadlıq və yenidərqurma işlərinə dəvət olunacaq ilk ölkələrdən birinin də İranın olacağını dəfələrlə təkrarlayıblar. Prezident İlham Əliyev BMT-in komissiya sessiyasında çıxışı zamanı dost ölkələrin şirkətlərinin Qarabağda irimiqyaslı yenidən qurma işlərinə cəlb olunacağını qeyd etmişdi. Müharibədən bir il yarım keçməsinə baxmayaraq hələ də İran bu ərazilərdə yenidənqurma işlərinə dəvət olunmayıb. Eyni zamanda İran rəsmiləri iki ölkə arasında keçirilən görüşlərdə Qarabağda abadlıq işlərinə tam hazır olduqlarını dəfələrlə vurğulayıblar. Halbuki 44 günlük müharibədən sonra Bakının rəsmi dəvətilə yenidənqurma işlərində iştrak edən Türkiyə, sionist israil rejimi, İtaliya, İngiltərə, Çin, Macarıstan, Cənubi Korea, Pakistan, Almaniya, Rusiya və Səudiyyə Ərəbistanı kimi ölkələrin 100-ə yaxın şirkətlərini misal çəkmək olar.
Qeyd edək ki, İranın Yol və Şəhərsalma naziri Rüstəm Qasimi İran-Azərbaycan əlaqələrinin genişlənməsi və İranın texniki-mühəndis şirkətlərinin Azərbaycanda mövcudluğunu müzakirə etmək üçün bu günlərdə Azərbaycana səfər etsə də hələ Qarabağda yenidənqurma işlərində İranın iştirak edəcəyi ilə bağlı ciddi praktiki nəticə əldə olunmayıb.
Təbii ki, Qarabağın israil üçün strateji əhəmiyyəti olmayan ucqar bir yerində hansısa İran şirkətinin yenidənqurma işlərində iştrakı heç də qeyri-mümkün görsənmir.
• Azərbaycan İranla əlaqədə səmimidirmi?
Yuxarıda qeyd olunan və olunmayan bir çox nüansları nəzərə alaraq söyləyə bilərik ki, Azərbaycan bu əlaqələrin inkişafında nə səmimidir və nə də ixtiyar sahibidir. Eyni zamanda sionist rejimin Azərbaycanda söz sahibi olduğu müddətcə iki ölkə arasında qurulacaq hər hansı müqavilədə Azərbaycan ixtiyar sahibi olmadığı üçün etibar sahibi də hesab oluna bilməz. Əgər Azərbaycan aşağıda qeyd olunan sifarişlə törətdiyi xəyanətləri düzəldə bilərsə buyursun:
1. Azərbaycan öz səmimiyyətini göstərmək üçün yüzlərlə əqidəsinə bağlı və İrana casusluq adı altında şərləyərək həbs etdiyi din alimlərini və fəal dindarları zindandan azad edərək xalqdan üzr istəməlidir. Heç kəsə sirr deyil ki, on ildən çox bir müddətdə dindarların və xüsusilə sonuncu dəfə Hacı Sərdar Hacıhəsənlinin həbsi İrana göz dağı idi və onunla birlikdə tutulan ruhani Cəlal Şəfiyevin Hacı Sərdarın həbsindən sonrakı videomüraciəti bu sözləri bir daha təsdiq edir. Əgər bu məqsədyönlü həbsləri hakimiyyət öz ixtiyarı ilə edirsə bu şəxsləri azad etməklə on ildən çoxdur törətdiyi cinayətlərinə görə xalqdan üzr istəməlidir, əgər israil rejiminin sifarişi ilə edirsə, o zaman xalqının təhlükəsizliyini onun düşmənlərinin əli ilə pozan bir hakimiyyətə xarici siyasətdə güvənmək sadəlöhvlük olar.
2. İkinci Qarabağ müharibəsindəki döyüşlərdə iştrak etmək bəhanəsilə Türkiyənin Azərbaycana gətirdiyi və Azərbaycanın müxtəlif ərazilərində yerləşdirilən vəhhabi terrorçuları hələ də Azərbaycandadır. Onlardan bəzilərinin azərbaycanlı hərbiçilərə dərs dediklərini də yaxşı bilirik… Bu terrorçuların bir miqdarının Azərbaycanın İranla sərhəd ərazilərinə yerləşdirilməsi heç də təsadüfi deyil və bunu İran da yaxşı anlayır.
3. Bunlardan ən mühümü Qarabağ döyüşlərində Azərbaycana yardım bəhanəsilə öz mövqeyini ölkə daxilində daha da gücləndirən sionist israil rejimi məsələsidir. İstər vəhhabilərin Azərbaycana gətirilməsi və istərsə də Azərbaycanın İranla sərhəddi boyunca israil rejiminə aid yüksək rütbəli zabitlərin kəşfiyyat fəaliyətlərində əsas məqsədini İran çox yaxşı anlayır. Başda İmam Xamenei olmaqla İran İR Prezidenti, XİN və digər rəsmilər tərəfindən dəfələrlə bu mövzuya toxunulması və ciddi xəbərdarlıqların olunması heç də təsadüfi deyil. Azərbaycan rəsmilərinin israilin və vəhhabi terrorçularının ölkədən çıxarılacağına dair verdiyi vədlər isə xam xəyaldan başqa bir şey deyil. Çünki, onların ölkə daxilindəki fəaliyyətində hakimiyyət ixtiyar sahibi olmadığı kimi fəaliyətlərinin dayandırılması mövzusunda da heç bir faktiki gücü yoxdur.
4. Bu gün İran daxilində pantürkizm proyektinin inkişaf etdirilməsi İran üçün təhlükəsizlik baxımından böyük zərbədir. İngiltərə və israilin başçılığı ilə bu layihənin aparıcı qüvvəsi Türkiyədir. Bu çirkin plan isə İran əleyhinə Azərbaycan ərazisindən həyata keçirilir. Bu layihənin öndə gedən simalarından olan Mossad zabiti Brenda Şafferin tez-tez Azərbaycanda iranlı və azərbaycanlı pantürk fəallarla görüşlər keçirməsi heç də təsadüfi deyil. Hətta bir müddət öncə Şaffer İrana göz dağı vermək üçün Xudafərin körpüsündə şəkil də çəkdirmişdi.
5. Hətta ikinci Qarabağ müharibəsində xalqın ictimai rəyinin Ermənistan əleyhinə yönəldilməsi yerinə, dayanmadan İran İR əleyhinə antitəbliğat aparıldı və əsas düşmən kimi xalqa İran İR təqdim olundu. Bunun kənarında hətta rəsmi şəxslər belə İran əleyhinə çıxışlar etsə də, hakimiyyət bunların heç birinin məsuliyətini öz üzərinə götürmədi. Halbuki, Azərbaycanda hakimiyyətin təzyiqi ilə şiələrə aid çox sayda dini maarif saytları bağlanıb. Təkcə son bir neçə ayda hakimiyyət tərəfindən Əhli-Beyt (ə) tərəfdarlarına mənsub demək olar ki, bütün xəbər saytlarının fəaliyyəti dondurulub. Bəs görəsən bütün günü şiə əqidəsi əleyhinə fəaliyyət göstərən vəhhabi saytları niyə bağlanmır? Bəs İranın təhlükəsizliyini təhdid edən pantürklərin idarə etdiyi saytlar və sosial şəbəkələrdəki kanallar necə? Yoxsa israilin sponsorluq etdiyi bu saytları bağlamağa hakimiyyətin gücü çatmır? Açıq-aşkar düşmənçilik necə olmalıdır?
Görəsən bütün bunların qarşısını almağa Azərbaycan hakimiyyətinin gücü çatacaqmı və ümumiyyətlə belə bir niyyəti varmı? Sadəcə olaraq bir önəmli nüansa diqqət etmək lazımdır ki, burada problemin kökü, səthi fikir ayrılığı yox, dərin ideoloji məsələlərdir. İsrailin bölgəki fəaliyyətinin yaratdığı problemlərin həll olması üçün ya gərək İran İslam Respublikası mahiyyətini itirsin, ya da İsrail tamamilə aradan getsin. İran israilin bölgədəki varlığı ilə barışmayacağı kimi, israil rejimi də Azərbaycan kimi təbii sərvətlərə malik və olduqca strateji əhəmiyyətli coğrafiyaya malik olan bir ölkəni asanlıqla əldən verməyəcək. Fərz edək ki, Azərbaycan İranla bundan sonra hər iki ölkə üçün çox əhəmiyyətli müqavilələrə imza atdı. Unutmaq olmaz ki, İranla imzalanan istənilən layihə (hərbi, iqtisadi və.s) İran üçün tətbiq edilən hansısa embarqo bəhanəsi və xarici ölkələrin təzyiqi ilə rahatlıqla dayandıra bilər. İran İR bu məsələdə də dərin təcrübələrə malikdir.
• Azərbaycanın İrana vədləri və təhdidləri:
Azərbaycan yenə də bir çox vədlərlə İranın könlünü almağa çalışacaq. O cümlədən, İranı daimi-geniş tranzit xətti ilə təmin etmək, israil rejimində səfirlik açmamaq, dindarlara qarşı yeni həbs dalğasının olmayacağı, həbs müddətinin bitməsinə bir neçə ay qalmış islamçıları azad etmək kimi sözlərlə yenidən İrana yaxınlaşmağa cəhd göstərəcəklər. Əgər bu plan baş tutmazsa, İran daxilində və xaricində bəzi ünsürlərin əli ilə İrana təzyiq göstərərək “əgər Azərbaycanın şərtləri ilə razılaşmasaq şiələr əleyhinə həbs dalğası başlanacaq, böyük iqtisadi potensialları əldən verəcəyik, Azərbaycan israildə səfirlik açacaq” kimi fikirləri dolayı və ya birbaşa yolla İran rəsmilərinə təlqin edəcəklər. Bir daha təkrar edirik ki, həm İran və həm də Azərbaycan üçün hərtərəfli əlaqələrin genişlənməsi olduqca zəruridir. Sadəcə olaraq bu əlaqələrdə bəzi danılmaz reallıqları nəzərə almaq lazımdır. Bu gün Azərbaycan hakimiyyəti İrana qarşı Heydər Əliyevin “yağlı vədlər və İranın başını qatmaq” siyasətini yürütməyə çalışsa da, İranın ona qarşı yürüdülən bu çirkin siyasətlə bağlı təcrübəsi olduqca çoxdur.
©ProAnalitika
Daha çox oxuyun:
İran-Azərbaycan münasibətlərində son inkişafların pərdəarxası: I-ci HİSSƏ
Rəy