İŞİD Özbəkistan sərhəd-keçid məntəqəsinə raketlərlə hücum edib + VİDEO
“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, İŞİD terror qruplaşması Əfqanıstandan Termez şəhərindəki Özbəkistan sərhəd-keçid məntəqəsinə raket zərbəsi endirib.
İŞİD ünsürləri aprelin 18-də Bəlx vilayətinin şimalında yerləşən Sərçah bölgəsindən ilk dəfə olaraq Termez şəhərindəki Özbəkistan sərhəd-keçid məntəqəsinə on Katyuşa raketi ilə hücum edib.
Özbəkistanın rəsmi mənbələri hücumun təfərrüatlarını hələlik açıqlamayıblar. Özbəkistandakı bəzi hökumət rəsmiləri də İŞİD-in Termez şəhərindəki Özbəkistan sərhəd məntəqələrinə raket hücumu ilə bağlı iddiasını təkzib ediblər.
Qeyd edək ki, İŞİD-in Əfqanıstandakı ünsürlərindən bəziləri Orta Asiya ölkələrinin, o cümlədən Özbəkistanın vətəndaşlarıdır. Bu şəxslərin bəzən “Əl-Qaidə”, “İslami Təhrik-e-Özbəkistan” və digər terror qruplaşmalarında fəaliyyət təcrübələri var.
İslami Təhrik-e-Özbəkistan son illərdə Özbəkistanla yanaşı Pakistanda da fəaliyyət göstərən qrupdur. Onlar fəaliyyətlərinə 2004-cü ilin martında başlayıblar və Pakistan ordusuna qarşı müharibədə Pakistan Talibanı və Əl-Qaidə ilə birlikdə vuruşublar.
Rəy