Kabil valisi: İran və Pakistan israilsevər və israilsifətdilər!
Talibanın Kabil şəhərinin qubernatoru Moləvi Məhəmməd Qasim Xalid “Yaxşılıqlara Dəvət Və Pisliklərdən Çəkindirmə” toplantısında çıxışı zamanı İran və Pakistan hökumətlərini absurd və təhqiramiz ifadələrlə “israilsevər və israilsifət” adlandırıb.
O, həmçinin deyib: “Bu iki ölkədə əfqan mühacirlərin davranışı məqbul deyil. Mühacirlərimiz qonşu ölkələrdə zülm və barbarlıq altındadır. Biz İran və Pakistan alimlərindən və vətəndaşlarından xahiş edirik ki, hökumətlərindən bu davranışı dayandırmağı tələb etsinlər”.
Taliban qubernatorunun İran və Pakistan ölkələrini təhqir etməsi, Taliban hökumətinin davranışları və zorakı hərəkətləri əfqan xalqının bu ölkədən kənara genişmiqyaslı miqrasiyasının əsas səbəbi olub. Həmçinin İran və Pakistan ölkələri Əfqanıstanın zərər çəkmiş xalqına çoxlu humanitar yardım edən ən görkəmli ölkələr sırasındadır.
Rəy